Modern.az

Almaz Ələsgərovanın rəsmi internet saytı hazırlanır

Almaz Ələsgərovanın rəsmi internet saytı hazırlanır

5 Aprel 2013, 09:52


Azərbaycan estradasının populyar nümayəndələrindən olan əməkdar artisti Almaz Ələsgərovanın rəsmi internet saytı hazırlanır. Bu barədə  sənətçinin mətbuat katibi Cəfər Mənsimi məlumat verib. Onun sözlərinə görə, saytda Almaz Ələsgərovanın 1985-ci ildən sənətdə atdığı ilk adımlarından bu günə kimi olan yardıcıllığı, klipləri, fotoları və mətbuatda onun barədə yazılan xəbərlər, qazandığı mükafatlar və bir sıra maraqlı bölmələr yer alacaq: “Əsas məqsədimiz müğənninin pərəstişkarlarının onunla daha yaxından tanış olması və onlarla istədiyi vaxt ünsiyyət qurmağı üçündür. Sayt digər müğənnilərin saytından daima yenilənməsi ilə fərqlənəcək”.

Mətbuat katibi həmçinin onu bildirib ki, bu günə kimi Almaz Ələsgərovanın rəsmi internet saytı yox idi və bu sayt vasitəsilə Almaz Ələsgərovanın fanatları onunla əlaqə saxlaya biləcək və ən son xəbərləri oxuma şansını qazanacaqlar. 

Xatırladaq ki, məşhur müğənnimiz bu yaxında ifa etdiyi “Bulud yağmura aşiq” mahnısına çəkdirdiyi klipi tamaşaçıların ixtiyarına verəcək.

Şahanə Rəhimli 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir