Modern.az

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə qaçaqmalçılar arasında atışma olub

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə qaçaqmalçılar arasında atışma olub

18 Sentyabr 2009, 14:31

Xaçmaz rayonunda qaçaqmalçılar ilə Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları arasında atıçma olub. Aatışma bu gecə saat 00:30 radələrində Xaçmazın İlxıçı Məmmədxanlı kəndi ərazisində Xəzər dənizi sahilində qeydə alınıb. Belə ki, qaçaqmalçılar Çin istehsalı olan 114 yeşik mobil telefonlar, alışqanlar və sairə məhsulları qeyri-qanuni yollarla Rusiyaya aparmağa cəhd ediblər. Baş vermiş atışma nəticəsində qaçaqmalçılardan biri zərərsizləşdirilib. Bu Azərbaycan vətəndaşı, Xaçmaz rayon sakini 1986-cı il təvəllüdlü Rafiq Şirzal oğlu Fətullayevdir. Rusiya vətəndaşı, Həştərxan şəhəri, Solyanko kənd sakini, milliyətcə çeçen olan 1976-cı il təvəllüdlü Yunis Zəbirov isə ayağından yaralanıb. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub