Modern.az

Türkiyə səfiri Azərbaycan xalqını təbrik etdi

Türkiyə səfiri Azərbaycan xalqını təbrik etdi

Mədəni̇yyət

15 Mart 2010, 14:07

Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə  və səlahiyyətli səfiri Hulusi Kılıç Novruz bayramının gəlişi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri adından Modern.az-a göndərilən təbrikdə deyilir: ”Artıq üçüncü Novruz bayramını da Azərbaycanda qeyd etməkdən böyük xoşbəxtlik və sevinc hiss edirəm.

Novruzun həmişə olduğu kimi bu il də Azərbaycanda və Azərbaycan hüdudlarından kənarda yaşayan bacı və qardaşlarıma və bütün Türk dünyasına yeni ümidlər, sülh, əmin-amanlıq, xoşbəxt gələcək naminə əbədi birlik, bərabərlik, sevinc, bərəkət gətirməsini arzu edir, bu əziz bayram günündə hər birinizə cansağlığı və uğurlar diləyirəm”.

  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır