Modern.az

"Dəmir ledi" FOTOLARDA

"Dəmir ledi" FOTOLARDA

8 Aprel 2013, 18:44

Böyük Britaniyanın sayca 71-ci baş naziri olan Marqaret Tetçer 1925-ci il oktyabrın 13-də Linkolnşir qraflığının Qrentem şəhərində dünyaya gəlib. Avropa tarixində isə ilk qadın baş nazir olan  “Dəmir ledi” ləqəbli Marqaret Tetçer ixtisasca kimyaçı olub. Daha sonra hüquq təhsili alıb və 1959-cu ildə Britaniya parlamentinin üzvü seçilib. 45 yaşında Edvard Xit hökumətində təhsil və elm naziri postunu tutan Tetçer 1975-ci ildə Mühafizəkarlar Partiyasının rəhbəri postuna seçkilərdə qalib gəlib və parlament müxalifətinin başına keçib. Onun rəhbərliyi altında Mühafizəkarlar Partiyası 1979-cu il parlament seçkilərində qalib gəlib və Marqaret Tetçer baş nazir olub.

Tetçer 1990-cı ildə partiyadaxili rəqabətin qızışması səbəbilə 1990-cı ildə tutduğu vəzifədən istefa verib. Sabiq baş nazir bu gün 87 yaşında vəfat edib.

 




 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi