Modern.az

Qalib jurnalistləri “Sarı gəlin” restoranına yığacaqlar

Qalib jurnalistləri “Sarı gəlin” restoranına yığacaqlar

15 Mart 2010, 16:46

Prezident yaninda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibəti ilə keçirdiyi jurnalist yazıları və KİV-lərin, eləcə də jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsiylə bağlı müsabiqələri yekunlaşıb.

Modern.az xəbər verir ki, Fond bu gün

fərdi jurnalist yazısı müsabiqəsinin qaliblərini elan edib. Quruma təqdim olunmuş 49 yazıdan 15 yazı yüksək bal topladığına görə qalib elan edilib.

Fonddan bildirilib ki, qaliblərə mükafatların təqdimetmə mərasimi martın 17-də “Sarı gəlin” restoranında keçiriləcək.

Qeyd edək ki, Fondun müsabiqəsinə KİV və jurnalist qurumlarından 47 layihə təqdim olunub. Bu müsabiqənin qalibləri sabah elan olunacaq.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir