Modern.az

Vaqif Mustafayevə xaricdə mükafat verildi - FOTOLAR

Vaqif Mustafayevə xaricdə mükafat verildi - FOTOLAR

Mədəni̇yyət

10 Aprel 2013, 11:09


Modern.az
xəbər verir ki, tanınmış rejissor, xalq artisti, Avropa Kino və Televiziya akademiyasının üzvü Vaqif Mustafayev  aprelin 2-dən dünyada məşhur kino ölkəsi kimi tanınan Serbiyanın kino ictimaiyyətinini dəvətilə bu ölkədə səfərdə olub. Serbiyanın Mədəniyyət və İnformasiya Nazirliyi, Dövlət Film Fondu və Kinotekanın dəvətilə bu ölkədə qonaq olan və yüksək səviyyədə qarşılanan Vaqif Mustafayevə “Dünya kinosuna verdiyi töhfələrə görə” mükafatı təqdim edilib. İndiyədək bu nüfuzlu mükafata Teo Anqelopulos, Ken Rassel, Bernardo Bertoluççi, Emir Kusturitsa, Nikita Mixalkov kimi tanınmış rejissorlar da alıb. Bu müakafata Vaqif Mustafayevin də layiq görülməsi onun sənətinə ölkə hüdudlarından kənarda verilən qiymətdir.

Kinotekanin yeni binasınını açılışı bu ölkədə kifayət qədər populyar olan rejiossor Vaqif Mustafayevi gəlişi münasibəti ilə həmin gündə reallaşıb. Korejissor Vaqif Mustafayev həm də Serbiya İncəsənət Akademiyasının fəxri professoru  adına layiq görülüb, bu ali təhsil ocagında sənət adamlarına ustad dərsləri keçib.  Serbiyanın mədəniyyət və informasiya naziri Bratislav Petkoviçin həmyerlimizin səfəri şərəfinə düzənlədiyi konfransda  Serbiyanın görkəmli incəsənət xadimləri, tanınmış kinoşünaslar görkəmli rejissorun filmlərini o cümlədən “Hər şey yaxşılığa doğru” filmini şedevr adlandırıblar.

V.Mustafayev Serbiyanın Belqrad şəhərindəki Heydər Əliyev abidəsini, Serbiyanın görkəmli şairi Milorad Pavicin və 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş 16 şəhidin xatirəsinə ucaldılmış abidələrin ziyarət edib. Vaqif Mustafayev eyni zamanda bu ölkənin dövlət televiziyasının geniş müsahibə verib. Vaqif Mustafayevi  Serbiayaya səfəri çərçivəsində məşhur Avala film kinostudiyası ilə də tanış ediblər. Serbiyanın Dövlət film fonduna dəvət alan Vaqif Mustafayev fondla tanışlıqdan sonra ona dünya şöhrətli Çarli Xaplinin orijinal əsası təqdim edilib.

Artıq 2 gündür ki, Serbiyada tanınmış rejissorun filmlərinin nümayişinə başlanıb.
Qeyd edək ki, Serbiyanın mədəniyyət nazirliyinini sifarişi ilə rejissorumuzun “Milli bomba” filmi serb dilinə tərcümə edilərək nümayiş olunacaq.








Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı