Modern.az

Nizami Xudiyev: “O divanın Nizamiyə aid olma ehtimalı var, amma...”

Nizami Xudiyev: “O divanın Nizamiyə aid olma ehtimalı var, amma...”

10 Aprel 2013, 17:47

Modern.az-da Nizaminin Azərbaycan dilində yazılmış əsəri kimi təqdim edilən divan haqqında yazı birmənalı qarşılanmadı. Filologiya elmləri doktoru, professor Nizami Xudiyev də müzakirəyə qatılaraq bu barədə fikrini bölüşdürdü:

– Xədəviyyə kitabxanasında tapılan nüsxə ilə bağlı o vaxt öz fikrimi bildirdim və məqalə yazdım. Məqsədim o idi ki, cəmiyyətdə Nizami Gəncəvi ilə bağlı ictimai rəy yaransın. Lakin bu hələ də mübahisəli məsələdir və mən təkidlə bunun həqiqət olduğunu bildirmirəm. Düzdür, hələ mübahisə mövzusu olsa da, o divanın Nizamiyə aid olma ehtimalı var. Mən də onu ideya kimi səsləndirdim. Səsləndirdim ki, XII əsrdə də Azərbaycan dilində yazılmış əsərlərimiz olub. Həsənoğlunun bizə gəlib çatan “Apardı könlümü “adlı şeiri ilk şeir nümunəsi ola bilməzdi. Çünki bu qəzəl çox cilalanmış, mükəmməl şəkildə yazılmış qəzəl idi. O ilk türkdilli şeir nümunəsi ola bilməzdi. O dövrdə Azərbaycan dilində yazılmış xeyli əsərlər var. Onlar gəlib bizə çatmayıb. Amma onlar axtarılır. Bəlkə də yanğın nəticəsində, ya döyüşlər zamanı itib-batıb. Amma XII əsrdə hökmən Azərbaycan dilli şeir nümunəsi olub ki, XIII əsrdə dilimizdə belə gözəl şeir nümunələri qəzəllər yarana bilib.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir