Modern.az

Jurnalistlərin Peşə Davranış Qaydaları yenidən hazırlanacaq

Jurnalistlərin Peşə Davranış Qaydaları yenidən hazırlanacaq

Media

15 Mart 2010, 18:54

Modern.az xəbər verir ki, martın 15-də Mətbuat Şurasında keçirilən tədbirdə bəyan olunub ki, ATƏT-in Bakı ofisi ilə Mətbuat Şurası "Diffamasiya haqqında" qanunun qəbulu və jurnalistlərin peşə davranışları qaydalarının təkmilləşdirilməsi üzrə birgə layihə həyata keçirəcək.

Mətbuat konfransında Mətbuat Şurasının sədri Əflatun Amaşov, ATƏT-in Azərbaycandakı ofisin nümayəndəsi Əli Bilgə Cankorel iştirak edib.

Ə.Amaşov bildirib ki, Mətbuat Şurası Azərbaycan üçün tamamilə yeni bir model idi. “2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi bağlandı və artıq cəmiyyətdə mətbuatla hakimiyyət arasında, mətbuatla ictimayət arasında müəyyən bir boşluq yaranmışdı. Ona qədər Azərbaycanda çox saylı jurnalist təşkilatları var idi. Ancaq o təşkilatlar ayrı-ayrı istiqamətlərdə fəaliyyət göstərirdilər və vahid bir quruma böyuk ehtiyac vardı” .

Ə.Amaşov xatırladıb ki, 2003 –cü il martın 15-də Azərbaycan Jurnalistlərin 1-ci Qurultayında Mətbuat Şurası yarandı. Bu, mətbuatla hakimiyyət, mətbuatla ictimaiyyət arasında munasibətlərin tənzimlənməsindəyeni bir model oldu. Ə.Amaşov deyib ki, Mətbuat Şurası yaranandan bu günə qədər quruma  12 minədən çox şikayət daxil olub. Ə.Amaşovun sözlərinə görə, Mətbuat Şurası ATƏT-lə böyuk bir lahiyə uzərində işliyir. Jurnalistlərin Peşə Davranış Qaydalarını xarici ekspertlərin köməyi ilə yenidən hazırlınıb Azərbaycanda fəaliyyət göstərən bütün KİV-ə təqdim olunacaq.  ““Diffamasiya haqqında" qanun layihəsinin hazırlanmasında beynəlxalq ekspertlər dəvət olunacaq. Yekun olaraq, beynəlxalq ekspertlərin iştirakı ilə jurnalistlərin geniş forumu keçiriləcək",-deyə Mətbuat Şurasının sədri bildirb. Onun səzlərinə görə, layihənin sonunda "Diffamasiya haqqında" qanun hazırlanaraq parlamentə təqdim olunacaq: “Bununla bağlı deputatlarla ayrıca gorüşlər keçirəcəyik. Çalışacağıq ki, ilin sonuna kimi "Diffamasiya haqqında" qanun layihəsi parlamentdə müzakirəyə çıxarılsın". ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel  isə bildirib ki, Azərbaycanda mətbuatın inkişaf etdirilməsi istiqamətində layihələrə dəstək verməyə hazırdırlar. Mail

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir