Modern.az

QHT rəhbərlərinə xəbərdarlıq

QHT rəhbərlərinə xəbərdarlıq

Qarabağ

15 Mart 2010, 19:02

31 mart QHT-lərin illik maliyyə hesabatlarının Maliyyə Nazirliyinə təqdim olunmasının son vaxtıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından verilən məlumata görə QHT-lər hesabat təqdim etməyə tələsmirlər. Halbuki hesabatların təqdim olunması üçün vaxt çox az qalır. Belə ki, Novruz bayramı ilə əlaqədar olaraq 19-28 mart tarixlərində qeyri-iş günləridir. Bütün bunları nəzərə alaraq Şura bir daha QHT rəhbərlərinə müraciət edərək, onları vaxtdan səmərəli istifadə etməyə çağırıb. ( qhtxeber.az ). Ətraflı məlumat almaq üçün qhtxeber.az saytının “Aktual”, “Sənəd”, “QHT-lərin nəzərinə“ bölmələrinə istinad edə bilərlər. Həmin bölmələrdə tələb olunan sənədlərlə yanaşı hesabatın təqdim olunma mexanizmi və konkret nümunələr yer alıb. 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür