Modern.az

İsveçdə azərbaycanlılar tonqal qalamaq üçün hökumətdən icazə alıblar

İsveçdə azərbaycanlılar tonqal qalamaq üçün hökumətdən icazə alıblar

15 Mart 2010, 19:20

Xarici ölkələrdə yaşayan soydaşlarımız Novruz Bayramını təntənə ilə qeyd etməyə hazırlaşırlar. İndiyədək yalnız Novruz Bayramı günündə bayram təşkil edən İsveçdəki soydaşlarımız bu il ilk dəfə olaraq ilaxır çərşənbəni də qeyd edəcəklər. Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, martın 16-da “Azərbaycan Federasyonu İsveç”in (AFİ) təşkil etdiyi ilaxır çərşənbə mərasimində bütün Novruz adət-ənənələrinə riayət olunacaq, milli musiqimizin sədaları altında tonqal qalanacaq. Qeyd edək ki, bu ölkədə tonqal yandırmaq üçün ekologiya, yangın təhlükəsizliyi və aidiyyatı üzrə digər müxtəlif rəsmi instansiyalardan icazə alınmalıdır. “Atıl-batıl çərşənbə, Baxtım açıl çərşənbə” devizi altında keçiriləcək tədbirdə soydaşlarımız od üstündə kabab, lavaş çörəyi də bişirəcəklər.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patzer İsmayılova isə Diasporla İş üzrə Dövlət Komitəsinə bildirib ki, martın 20-də Berlində Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyilə “Novruz töhfələri” adlı musiqili-ədəbi proqram təşkil olunacaq. Bayram tədbiri əsasən uşaqların iştirakı ilə hazırlanıb. Gecədə Novruz Bayramına aid şeirlər, mahnılar səslənəcək, milli rəqslərimiz ifa olunacaq, eləcə də Kosa ilə Keçəl mərasimə bayram rəngi qatacaqlar. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Berlindəki soydaşlarımızı bu maraqlı tədbirə qatılmağa dəvət edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir