Modern.az

İranlı alim gələcəyi görən maşın ixtira etdi MARAQLI

İranlı alim gələcəyi görən maşın ixtira etdi MARAQLI

İqtisadiyyat

11 Aprel 2013, 18:30

İran İxtira Mərkəzinin direktoru, gənc alim Əli Raqezi zaman maşınını yaratdığını bildirib. Modern.az bildirir ki, Fars” agentliyinə müsahibəsində gənc alim bildirib ki, bu maşının köməyi ilə arzulayan hər şəxs 5- 8 il əvvələ gəlib öz həyatını görə bilər. Ə.Raqezi bildirib ki, sözü gedən ixtirann üzərində artq 10 ildir ki, çalışır. Alim yeni maşına "Aryayek- zamanna səyahət etmək üçün olan maşın" adını verib.

“Bu maşın ilk olaraq dövlətlər səviyyəsində olan problemlərin həlli məqsədində stifadə ediləcək. Lakin maşın kütləvi istehsalata verilildikdən sonra satışa çıxarılacaq və onu hər bir sadə İran vətəndaşı əldə edərək onun üstünluklərindən istifadə edə biləcək”-deyə alim vurğulayıb.

İranlı alim bildirib ki, alqoritmlərin köməyi ilə işləyən maşın istənilən insanın həyatının gələcək 5 ildən 8 ilədək olan müddətini 98 faz dəqiqliklə göstərir. Bunun üçün gələcəyini görmək istəyən şəxsdən tələb olunan iş sadəcə maşına toxunmaqdır.

Əli Raqezinin sözlərinə görə, zaman maşını sözün əsl yox məcazi mənasnda zaman maşnıdır. Yəni o "Geriyə, gələcəyə doğqu” məşhur fantastik "filmində olduğu kimi vintaj avtomobilnə bənzəmir. Bu ixtira personal kompyuter həcmindən böyük deyil. “Siz onun köməyi ilə gələcəyə düşməyəcəksiniz, gələcək özü sizə gələcək. İxtiranın fəaliyyətində isə heç bir romantika yoxdur o sizə gələcəyinizi sadəcə yazılı şəkildə bildirəcək”-deyə bu məlumatı öz səhifələrinə yer verən The Telegraph yazıb.

"Bu ixtiranın faydalıdır. Birincisi, bu ixtira İran üçün gələcək bir neçə illik siyasi vəziyyətini bilməyə kömək edəcək. Bəlli olduğu kimi İran sahib olmaq istədiyi nüvə enerjisi səbəbindən gərgin siyasi anlar yaşayır. İkincisi, zaman maşını sahəsində neftin qiymətlərinin dünya bazarında necə dəyişiriləcəyini biləcəyik. Qısaca desək bu ixtirann köməyi ilə İran hakimiyyəti onun fəaliyyətini destabilizə edə biləcək hər hadisəni önləyə biləcək" –deyə gənc alim deyib.

Hakimiyyətin bu ixtira ilə tam təmin olunmasından sonra bu məhsulun yaradıcısı onu kütləvi satışa çıxaracağını planlaşdırır. "Onda hər bir İranlı öz həyatını yaxşılaşdıra biləcək. Mən buna ümid edirəm".

Alimin sözlərinə görə, onun bu ixtirasından xəbər tutan yaxın dostları bu işdən elə məmnun qalmayıblar. "Onlar məni allahlıq vəzifəsifəsini üzərimə götürməkdə və insan taleyinə qarışmaqda günahlandırırlar." -gənc alim etiraf edib. Lakin o bu haqda fərqli düşüncədədir. Reqazinin sözlərinə görə ixtirarnın dinə heç bir aidiyyatı yoxdur. “Zaman maşınının yaradılması üçün bütün dünya əsrlərdir baş sındırır. Amerika bu işə milyonlarla dollar xərc çəkir. Məndə isə artıq hər şey hazırdır" - 27 yaşlı gənc iranlı alim deyib.

Günəş FƏRHADLI 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi