Modern.az

Deputat Cavanşir Paşazadə ilə FOTOSÖHBƏT

Deputat Cavanşir Paşazadə ilə FOTOSÖHBƏT

Fotosöhbət

12 Aprel 2013, 11:12

Aprelin 12-si millət vəkili Cavanşir Paşazadəinin doğum günüdür. Modern.az saytı yubiley yaşını qeyd edən deputatla fotosöhbəti təqdim edir.
Cavanşir Hümmət oğlu Paşazadə 1953-cü ildə Lənkəran rayonunun Cil kəndində doğulub. Orta məktəbi həmin kənddə 1970-ci ildə bitirib. Keçmiş SSRİ zamanında Tacikistanda Politexnik İnstitutunu bitirib. Orta Asiyada iki il işləyib və yenidən Azərbaycana qayıdıb. Azərbaycanda Melorasiya Su Təsərrüfatı Nazirliyinin nəzdində çalışıb. Kefiyyət üzrə mühəndis, sahə rəisi olub. Daha sonra uzun müddət neft sənayesində fəaliyyət göstərib.
C.Paşazadə bir müddət Çay fabrikinin və ”Qızılağac"  Dövlət Qoruğunun direktoru vəzifələrində də çalışıb.
2005-ci ildə 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Milli Məclisə deputat mandatı əldə edib. 2010-cu ildə yenidən millət vəkili seçilib. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunur.
Melorosiya ilə bağlı 3 səmərəli təklif verdiyinə görə mükafatlandırılıb. Bir neçə xarici dil bilir: özbək, tacik, rus, fars...
Evlidir, 3 övladı var.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislan hacı Allahşükür Paşazadənin qardaşıdır.

 

Burada 17 yaşım var... Şlyapalı oğlan, o birisi də Şeyxdir.

 

Əsgərlik fotolarımdan biri... Bığ saxlamağa icazə verilmirdi, mən də acığa saxlayırdım...

 

Cavan vaxtlarımdır... Sözsüz ki, indi də cavanam...

 

Həcc ziyarəti zamanı çəkilən fotodur...

 

Milli Məclisdə deputat vəsiqəmi alarkən...

 

Dövlət əhəmiyyətli tədbirlərdən birində...

 

Abbas Abbasovla Mərakeşdəyik, məsciddə namaz qılarkən...

 

Mərakeşdə... Abbas Abbasovla birlikdə bazara baş çəkirik... 

 

İki qardaş bir yerdə...

 

Milli Məclisdə himn oxunan zaman...

 

Suriya prezidenti Bəşər Əsəd Azərbaycana gəlib... O, Milli Məclisin qonağıdır...  


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edir...

 

Milli Məclisdə spikerimiz Oqtay Əsədovla görüşərkən, fotoqrafın yaxaladığı bir an.

 

Təzəpir məscidinin açılışı zamanı prezidenti ərazidə görülən işlərlə tanış edirəm.

 

Təzəpir məscidinin açılışı zamanı “Qonaq kitabı”nı prezidentə təqdim edirəm...

 

Təmirdən sonra Təzəpir məscidini prezident və birinci xanım ziyarət edir...

 

Bu şəkil də Təzəpir məscidində çəkilib...

 

Xatirə portret şəkillərimdən biri...

 

Vladimir Putin, mən və Rusiya Prezidenti Administrasiyasının rəhbəri Serqey İvanov .

 

Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə görüşümüz...

 

Bakıdakı beynəlxalq dini tədbirdən xatirə şəkli...

 

Milli Məclisdəki dostlarla məclislərdən birində süfrə arxasında....

 

Çox oyanamağı sevməsəm də toylarda hərdən əzizlərimin müşayiəti ilə qol qaldırıram... Burda bacım və nəvəmin əhatəsindəyəm.

 

Sabir Rüstəmxanlı və mən. Afrika səfərimizdən bir görüntü...

 

Yenə Afrika səfərindən yadda qalan anlardan biri...

 

Afrikadan daha bir görüntü, Nil çayında qayıqla üzürük.... 

 

İslam konfransından bir kadr...

 

İslam konfransında yaşanan maraqlı bir an. Son məqamda bizə zəng gəldi ki, Xocalı məsələsi də gündəliyə salınsın. Mən də yarım saat ərzində mətni hazırlayıb aidiyyatı şəxsə təqdim edirəm. 


 Afrika ölkələrindən biri... Parlamentdə spikerin yerində əyləşmişəm...

 

Nəvəmlə quşları yemləyirik. Bundan əyləncəli bir şey ola bilər? 

 

Millli Məclisdə çəkilən fotolardan biri.

 

Oğlan nəvələrimlə çay kənarında şirin söhbət edirik. 

 

Məni digər nəvələrimə qısqanan, şirin-şəkər nəvəm Aygün...

 

Deputat dostlarımla bir arada... Onları hamınız tanıyırsınız, əlavə təqdimata ehtiyacları yoxdur....

 

Türkiyə prezidenti Abdulla Gülün Bakı səfərindən... 

 

Çeçenistanın dövlət başçısı Ramzan Kadırov Azərbaycana gəlib. Onunla görüşümüzdən...

 

Şamaxıda yeni təmirdən çıxmış bir məscidə baş çəkirik... Bəylər Əyyubov, Kəmaləddin Heydərov və mən.

 

Bura da Şamaxıdır...

 

Bəylər Əyyubov və mən...

 

Milli Məclisin rəhbərliyilə bir yerdə... 

 

Beynəlxalq dini tədbirlərdən birində.

 

Dubayda restoranda şam etdikdən sonra çəkilən bir foto. O  zaman Sabir Rüstəmxanlı ilə qərara aldıq ki, şam yeməyini tək yeməyək. Restorana gəlmiş bir neçə azərbaycanlı jurnalisti də süfrəmizə dəvət edib, qonaq etdik. Sonrada gedib yazdılar ki, Cavanşir Paşazadə ən  bahalı restoranlarda oturur. 

 

Deputat həmkarlarım və mən... 

 

Xoşuma gələn fotolardan biri.... Bu kadrda şairanə görünürəm.

 

Xanım həmkarım Rəbiyyət Aslanova ilə Millli Məclisdə...

 

Deputat həmkarlarımla bir araya gəlmişik...

 

Toy məclislərindən birində dostların əhatəsindəyəm...

 

Nəvəm və mən... Bu məqamda nəvəm çox xoşbəxtdir.

 

Tədbirlərdən birində, deyəsən söhbət maraqlıdı...

 

Balıq tutmağı sevirəm. Qeyri-rəsmi səfərlərimdən bir xatirədir. Yaxşı ki, balığı sudan çıxardandan sonra ona toxunmamışam. Sonra bildim ki, bu balıq özündən cərəyan buraxır.

 

Sevdiyim işlə məşğulam. Ovdayam...

 

Avropa ölkələrindən birində həyat yoldaşım və nəvələrimlə birlikdə istirahət edirik. Gəzintidən sonra deyəsən çox yorulmuşuq.

 

Allaha şükür, bu əsaya ehtiyacım yoxdur, amma şəkildə yaxşı düşüb.

 

Övladlarım, nəvələrim... Ailəmi bir arada görmək məni sevindirir.

 

Mənim ailəm...






Modern.az-a müsahibədən...

 

 Modern.az-la fotosöhbətdən

 

Elçin AĞAYEV
Şəhanə RƏHİMOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi