Modern.az

Çex nazirdən Xocalı ilə bağlı ikili standart

Çex nazirdən Xocalı ilə bağlı ikili standart

12 Aprel 2013, 11:53

Çexiyanın xarici işlər naziri Karel Şvarzenberq ölkəsinin parlamentində komissiyalardan birinin Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qərarı şərh edib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Yerevanda erməni həmkarı ilə görüşən çex nazir jurnalistlərə açıqlamasında bildirib ki, bu qərar bütövlükdə Çexiya parlamentinin adına bağlamaq düzgün deyil və bu sadəcə xarici siyasət komissiyasının qəbul etdiyi qərardır.

Karel Şvarzenberq sonda bu sözləri deməklə kifayətlənib: “Müharibə şəraitində hər bir şey ola bilər, ancaq Xocalı hadisələrini erməni soyqırımı ilə müqayisə etmək düzgün deyil. Biz bu olayları 100 il öncə ermənilərin başına gələnlərlə müqayisə edə bilmərik. Bunlar fərqli kateqoriyalardır”.

 

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir