Modern.az

Moskvada yaşayan keçmiş DTK sədri Vaqif Hüseynov: “Qızım Rəna Sandro Laveri adlı yaxşı bir oğlana ərə getdi”

Moskvada yaşayan keçmiş DTK sədri Vaqif Hüseynov: “Qızım Rəna Sandro Laveri adlı yaxşı bir oğlana ərə getdi”

12 Aprel 2013, 15:42

Moskvada mühacir həyatı yaşayan Azərbaycanın keçmiş DTK-sının eks-sədri Vaqif Hüseynovdan yeni xəbər var. Modern.az saytı xəbər verir ki, bu günlərdə V.Hüseynovun yeni kitabı nəşr edilib. “Bir ömürdən də çox” adlı ikihissəli kitabda V. Hüseynovun Azərbaycan və Rusiyada yaşanmış dövrlə sıx bağlıdır.

“İş elə gətirdi ki, vəziyyət bizi məcbur elədi ki 90-cı illərin əvvəllərində 16 yaşlı qızımız Rənanı Londona göndərək. O, kolleci və prestijli universiteti orda bitirdi. Sonradan uğurla hüquqşünas praktikası ilə məşğul olmağa başladı. Daha sonra Sandro Laveri adlı yaxşı bir oğlana ərə getdi. Və budur düz yubileyim ərəfəsində ailəmiz çoxdan gözlənilən nəvəylə sayca artdı. Ona Alessandro adı veriblər. Bu kitabı ona ithaf edirəm”, – deyə ön sözdə Vaqif Hüseynov qeyd edilir.

Memuar janrında yazılmış “Bir ömürdən də çox” əsərində 90-cı illərin əvvəllərində baş vermiş bir sıra mühüm hadisələr və öndə olmuş siyasi xadimlər xatırlanır.

Xatırladaq ki, V. Hüseynov bir vaxtlar Azərbaycanda keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin sədri olub. Azərbaycan milli azadlıq hərəkatına qarşı çıxmış, 20 yanvar hadisələri zamanı Moskvanın apardığı siyasət və tədbirlərdə yaxından iştirak etmişdir. O, AXC hakimiyyəti dövründə həbs edilib və sonralar mərhum eks-prezident  Heydər Əliyevin göstərişi ilə həbsdən buraxılıb.

Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Qubada anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda – AzTV kanalında, "Sport", "Molodyoj Azerbaydjana" "Olimpiyskaya Panorama" qəzetlərində fəaliyyət göstərib, Kommunist Partiyasının fəallarından olub, müxtəlif dövlət hakimiyyəti vəzifələrində çalışıb. Azərbaycan SSR KP-nın Bakı ŞK-nin binci katibi, Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, 1975-90-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1975-90-cı illərdə Azərbaycan SSR Olimpiya Komitəsinin rəhbəri olub. 16 avqust 1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində işləyib.
Vaqif Hüseynov 1993-cü ildən Moskvada yaşayır. 1997-ci ildə Moskvada tanınmış “Rosbalt” informasiya agentliyini yaradıb. İndi də agentliyin Direktorlar Şurasının sədridir. Eyni zamanda  Strateji Dəyərləndirmə və Təhlil İnstitutunun direktorudur. Bir neçə kitabın müəllifidir. O, keçmiş Moskva meri Yuru Lujkovun kürəkəni Yevtuşenkovla yaxın dostluq münasibətlərinə malikdir.
Qeyd edək ki, V.Hüseynov məşhur akademik Mirəli Qaşqayın kürəkənidir.

Bu günlərdə media Vaqif Hüseynovun adını Rusiyada fəaliyyət göstərən “Milyarderlər ittifaqı” ilə əlaqələndirib. Onun azərbaycanlı oliqarxların yaratdığı ittifaqa daxil olduğu bildirilsə də, hələlik bu məlumat təsdiqlənməyib.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?