Modern.az

“Andlılar Məhkəməsi”nin Azərbaycanda fəaliyyəti necə tənzimlənə bilər?

“Andlılar Məhkəməsi”nin Azərbaycanda fəaliyyəti necə tənzimlənə bilər?

12 Aprel 2013, 15:20

“Demokratik Islahatçı Gənclər” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Andlılar Məhkəməsinin yaradılması ilə bağlı beynəlxalq təcrübə və vətəndaş cəmiyyəti ilə qanunverici orqanın dialoqunun təşkili məqsədilə ictimai müzakirənin keçirilməsi” layihəsinin icrasına başlayıb. İctimai Birlikdən verilən məlumata görə, layihə çərçivəsində Andlılar Məhkəməsinin  uğurlu fəaliyyəti olan ölkələrin təcrübəsi öyrəniləcək.
Eyni zamanda Azərbaycanda Andlılar Məhkəməsinin fəaliyyəti üçün şərait, onun işləmə mexanizmləri, Andlı Məhkəmələrinə kimlərin namizəd ola bilməsi ilə bağlı geniş ictimai müzakirənin keçirilməsi nəzərdə tutulub. Müzakirələrdə Milli Məclisin üzvləri, huquq üzrə ixtisaslaşmış QHT-lər, media və ekspertlərin iştirakı nəzərdə tutulub. 
Qeyd edək ki, hazırda Andlı Məhkəmələrinin Qərbi Avropa ölkələrində yaranma tarixi və fəaliyyəti ilə bağlı araşdırmalar aparılır. Birliyin məlumatına görə,  layihə çərçivəsində sözügedən Məhkəmənin Azərbaycanda fəaliyyəti ilə Avropa ölkələri arasında sinergetik bağlılığı araşdırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir