Modern.az

Hökumət Milli Məclisə hesabat verir

Hökumət Milli Məclisə hesabat verir

Parlament

16 Mart 2010, 13:32

Bu saatlarda Milli Məclisdə Nazirlər Kabinetinin 2009-cu ildəki fəaliyyətinə dair hesabatı müzakirə olunur. Modern.az xəbər verir ki, müzakirələrdə Baş naziri Artur Rasizadənin başçılığı ilə hökumət üzvləri iştirak edir. İclası Milli Məclisin Sədri Oqtay Əsədov açıb. Spiker Azərbaycan iqtisadiyyatındakı inkişafdan danışıb. Sonra söz Baş nazir Artur Rasizadəyə verilib.  Hazırda Artur Rasizadə 2009-cu ilin hesabatını təqdim edir. 

Hesabata görə, ölkənin iqtisadi və sosial həyatında son illər müşahidə olunan sürətli inkşaf 2009-cu ildə də davam edib.

Baş nazir bildirb ki, Azırbaycanın inkşafını xarakterizə edən əsas makro göstərici-ümumi daxili məhsul (ÜDM) istehsalı 9,3 faiz və ya müqayisəli qiymətlərlə 3,7 milyard manat artaraq 34,6 milyard manata çatıb. Onun adambaşına düşən həcmi 7,9 faiz artaraq 3917,3 manat (4874,1 ABŞ dolları) təşkil edib. Ümumi daxili məhsulun 50 faizi sənaye sahələrində, 6,7 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 7,4 faizi tikinti kompleksində, 8 faizi ticarət, mehmanxana  və iaşə xidmətləri sahələrində, 6,6 faizi nəqliyyatda,  2 faizi rabitədə, 11,7 faizi digər xidmətlər və sosial sahələrdə yaradılıb, 7,6 faizi məhsula və idxala xalis vergilərin payına düşüb.

Hesabat ilində ÜDM-in 64,1 faizi iqtisadiyyatın istehsal, 28,3 faizi xidmət sahələrinin payına düşüb, məhsula və idxala görə ödənilmiş xalis vergilər isə ÜDM-in 7,6 faizini təşkil edib.

2009-cu ildə neft sektorunun və qeyri-neft sektorunun real artım templəri 2008-ci il ilə müqayisədə müvafiq olaraq 14,3 faiz 3,2 faiz olub. Ğtən ilin yekununa olan məlumata görə, neft sektorunun ÜDM-də xüsüsi çəkisi 47 faiz  (2008-ci il üzrə bu göstərici 55,4 faiz olub) təşkil edib.

Hesabat dövründə ölkənin regionlarında  310 müəssisənin tikintisi başa çatıb, 276 müəssisənin inşası isə davam etdirilib. Regionlarda yeni istehsal və emal sənayesi müəssisələrinin tikilib istifadəyə verilməsi minlərlə iş yerinin açılmasına, yeni malların istehsalına və məhsul buraxılışının çeşidinin artmasına şərait yaradıb. Nəticədə 2009-cu ildə qeyri-neft sektorunda ötən ilin müvafiq dörü ilə müqayisədə real olaraq 3,2 faiz  (2008-ci ildə 15,7 faiz ) artım olub.

2009 –cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkşafı üçün bütun maliyyə mənbələrindən əsas kapitala 7358,7 milyon manat investisiya yönəldilib. Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar inşaat işlərinə 4433,9 milyon manat, qeyri-dövlət müəssisələri 2924,8 miyon manat vəsait sərf ediblər. İstehsal təyinatlı obyektlərin  inşasında 5455,1 milyon manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 1903,6 milyon manat investisiyadan istifadə edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin 79,9 faizini daxili investisiyalar, 20,1 faizini isə xarici investisiyalar təşkil edib. Daxili investisiyanın 70,4 faizi dövlət mülkiyyətinə məxsus  müəssisə və təşkilatların, 29,6 faizi qeyri-dövlət mülkiyyətinə   məxsus müəssisələrin payına düşür.

Əsas kapitala yönəldilmiş  sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 3521,9 milyon manat, bank kreditləri 384,7 milyon manat, büdcə vəsaitləri 2678 milyon manat, büdcədənkənar fondların vəsaitləri 473,9 milyon manat, əhalinin şəxsi vəsaitləri 299,7 milyon manat, digər vəsaitlər isə 0,5 milyon manat təşkil edib.   

Hasabatın təqdimatı başa çatıb. Hazırda deputatlar hesabatı müzakirə edirlər. Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir