Modern.az

RUBRİKA: “Gündəm-Karikatura”: Əkrəm Əylisli: “Hə, necədi sizin üçün?!..

RUBRİKA: “Gündəm-Karikatura”: Əkrəm Əylisli: “Hə, necədi sizin üçün?!..

Mədəni̇yyət

13 Aprel 2013, 12:44

İrəvandakı "Nork" nəşriyyatı Azərbaycan yazıçısı Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" romanını ermənicə çap edib. Romanı erməni dilinə Leonid Zulfuqaryan çevirib.

Hələ ötən ilin sonunda Rusiyanın "Drujba narodov" jurnalında rusca çap ediləndən və Azərbaycanda böyük səs-küyə səbəb olandan sonra əsəri Ermənistanda da oxuyanlar az olmamışdı. Azərbaycanda çoxluq yazıçını satqınlıqda, erməniləri ucaldıb azərbaycanlıların faciələrinə göz yummaqda ittiham etmiş, onun kitabları yandırılmış, “Xalq yazıçısı” adı əlindən alımışdı. Ermənistanda isə çoxluq onun əsərini "tarixi həqiqətləri cəsarətlə qələmə almaq cəhdi" kimi qiymətləndirmişdi. 

Əsərdə yazıçının doğma kəndində - Naxçıvanın Əylis kəndində ötən əsrin əvvəlində dinc erməni əhalisinin qırılmasından, Bakı və Sumqayıt hadisələrindən danışılır. 

Ermənilər "Daş yuxular" raomanının Əkrəm Əylislidən icazəsiz çap etməyin əvəzində yazıçıya kompensaiya ödəməyə hazır olduqlarını bəyan ediblər.

Bu, Azərbaycanda Əkrəm Əylisliyə nifrət edənləri daha da qıcıqlandırıb. Yazıçı özü isə deyib ki, o, əsərini tərcümə edən ermənilər tanımır, məsələdn xəbərsizdir.

Modern.az saytının “Gündəm-Karikatura” rubrikasında təqdim etdiyi növbəti kollajda müəllif Əkrəm Əylislinin əsərinin Ermənistanda çap olunmasına reaksiyasını təsvir etməyə çalışıb.



A.Qorxmaz

***

Həmçinin oxu

Modern.az-da yeni RUBRİKA: “Gündəm-Karikatura”
//modern.az/articles/36177/1/

RUBRİKA: “Gündəm-Karikatura” - “Kişidi bu..”
//modern.az/articles/36205/1/


RUBRİKA: “Gündəm-Karikatura” - Bakıya gələn Ronaldo: “Uydad, necə xoşbəxtəm!..”
//modern.az/articles/36263/1/

RUBRİKA: “Gündəm-Karikatura” - Müğənnilərin mərhum sənətkarın ruhunu narahat etməkləri...
//modern.az/articles/36294/1/

RUBRİKA: "Gündəm-Karikatura" - "Kiminsə şikayəti var..?"
//modern.az/articles/36328/1/

RUBRİKA: “Gündəm-Karikatura” - Berti Foqts: "Bu da mənim sürprizim"
//modern.az/articles/36583/1/

RUBRİKA: “Gündəm-Karikatura” - Hacıbala Abutalıbovun şeytanı mələyə çevirmək istəyi...
//modern.az/articles/36583/1/


“Gündəm-Karikatura”: Sərkisyanla Ovannisyanın Avropanı avam yerinə qoymağı...
//modern.az/articles/37095/1/

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar