Modern.az

Abituriyentlərin ərizə təsdiqinə başlandı

Abituriyentlərin ərizə təsdiqinə başlandı

15 Aprel 2013, 10:03

Azərbaycanda aprelin 15-dən etibarən ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin təsdiqinə başlanıb.

Bu barədə Modern.az-a TQDK-dan bildirilib. Qeyd edilib ki, ərizələrin təsdiqi prosesi mayın 17-dək aparılacaq.

Xatırladaq ki, bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin ərizə qəbulu aprelin 9-dan başlanıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir