Modern.az

Səməd Seyidov hər kəsə Afaq Məsuddan bəhrələnməyi tövsiyyə edib

Səməd Seyidov hər kəsə Afaq Məsuddan bəhrələnməyi tövsiyyə edib

15 Aprel 2013, 10:15

Aprelin 13-də Azərbaycan Dillər Universitetində “Afaq Məsud yaradıcılığı intermediallıq kontekstində” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən ADU-nun rektoru, millət vəkili  Səməd Seyidov bildirib ki, yazıçının əsərləri nə qədər oxunsa da, o əsərlər öz statuslarını dəyişməyəcək, oxucu kütləsinin hər zaman diqqət mərkəzində, maraq obyektində olacaq. Səməd Seyidov Afaq Məsudun qeyr-adiliyi, müasirliyi öz əsərlərində əks etdirən yazışı olduğunu vurğulayıb. Rektor hər kəsə Azərbaycan ədəbiyyatını yüksək zirvələrə qaldıran Afaq Məsud yaradıcılığından bəhrələnməyi tövsiyyə edib. Səməd Seyidov ADU-da bir çox görkəmli insanların qonaq olduğunu xatırladıb və bu tarixdə də Afaq Məsudu bu universitetdə görməkdən məmnunluğunu ifadə edib.

Sonra  çıxış edən tədbirin təşkilatçısı,  Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Svetlana Cəbrayılova Afaq Məsud yaradıcılığının bu günümüzü çox yaxşı əks etdirən və bu günkü gənc nəslin klassik kimi qəbul etdiyi yazıçı olduğunu söyləyib.

Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktoru, yazıçı Afaq Məsud ADU-nu özünə doğma ocaq saydığını bildirib. Yazıçı ADU heyəti ilə artıq beşinci dəfə təşkil olunmuş bu görüşdən şad olduğunu vurğulayıb.
Filologiya və jurnalistika fakültəsinin magistratura pilləsinin 216-cı qrup tələbəsi Nigar Rəsulova Afaq Məsud yaradıcılığının daima inkişaf etdiyini, zənginləşdiyini söyləyib və bu dövrdə “Qatarın altına atılan qadın”, “Kərbəla” kimi mövzu baxımından tamamilə fərqli iki pyes təqdim etdiyini vurğulayıb. Filologiya və Jurnalistika fakültəsinin magistratura pilləsinin 217-ci qrup tələbəsi Mətanət Atakişiyeva “Afaq Məsud dramaturgiyası” haqqında danışıb.

Tədbirin davamında Afaq Məsud universitet heyətini maraqlandıran sualları cavablandırıb.






Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir