Modern.az

İsgəndər Həmidovla Rəhim Qazıyev barışdı - FOTOLAR

İsgəndər Həmidovla Rəhim Qazıyev barışdı - FOTOLAR

15 Aprel 2013, 11:43

Milli-azadlıq hərəkatının öndə gələn isimlərindən olan Qurban Məmmədov dünən Elçibəy hakimiyyətinin nazirlərindən ikisini bir araya gətirib. Modern.az  "müsavat.com"a  istinadən bildirir ki, bunlar sabiq daxili işlər naziri İsgəndər Həmidov və sabiq müdafiə naziri Rəhim Qazıyevdir. Bu barədə Q.Məmmədov öz "Feysbuk" səhifəsində xəbər və şəkillər yayıb.

Məlum olduğu kimi, sabiq nazirlərin münasibətləri soyuq idi, uzun müddət idi ki, danışmırdılar. Qurban Məmmədov onları nahar süfrəsi arxasında görüşdürüb.

Vaxtilə ömürlərinin müəyyən bir hissəsi mövcud rejimin məhbəsində keçə hər üç hərəkatçı və ziyafətdə iştirak edənlər uzun-uzun müzakirələr aparıblar.

Q.Məmmədov yazır ki, nazirlər qeyd-şərtsiz köhnə qvardiyanın (Elçibəyin prezidentliyi dönəmində vəzifədə olan qüvvələrin) bərpa olunması ideyasına tərəfdar çıxıblar.

 

 

 Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir