Modern.az

Fransada döyülən azərbaycanlılardan xəbər var

Fransada döyülən azərbaycanlılardan xəbər var

15 Aprel 2013, 12:46

Parisdəki “Azərbaycan evi”nin rəhbəri Mirvari Fətəliyeva Modern.az saytına açıqlamasında bildirib ki, bu yaxınlarda o, Vüsal Hüseynovla birlikdə vəkilləri ilə görüşüb.

“Hələ elə bir dəyişiklik yoxdur. Sadəcə vaxt lazımdır. Çünki bu işlə hələ prokrorluq məşğul deyil”. M.Fətəliyeva qeyd edib ki, bu həftə içərisində vəkillərinin prokrorluqla görüşləri olmalıdır. “Orada nə danışlacağı, necə olacağı barədə bir söz deyə bilmərəm. Amma normalda 3 ay müddətində onlar lazım olan insanları cəlb etməlidirlər, istintaq davam edir və bununla bağlı yəqinki bu yaxınlarda nəsə xəbər olacaq”.  

Qeyd edək ki, Fransa Milli Assambleyasının binasında “Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” mövzusunda yığıncaq keçirilib. Yığıncaqda “Sumqayıt hadisələri” zamanı “həlak olan” ermənilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən orada iştirak edən Parisdəki “Azərbaycan evi”nin sədri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov ayağa qalxmayıblar. M.Fətəliyeva və V.Hüseynovun əsl genosidin – Xocalıda baş verdiyini bəyan etmələri erməniləri qəzəbləndirib və onlar hər iki azərbaycanlını möhkəm döyərək ağır bədən xəsarəti yetiriblər.

  Aytən ƏLİYEVA  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?