Modern.az

Hadi Rəcəbli Lənkəranda YAP fəalları ilə görüşüb

Hadi Rəcəbli Lənkəranda YAP fəalları ilə görüşüb

Aktual

15 Aprel 2013, 14:24


Milli Məclisin deputatı, Sosial Siyasət komitəsinin sədri, Hadı Rəcəbli bu günlərdə, Lənkəranda “Palıdlı-Sahil” istirahət mərkəzində mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Vətənimizi tanıyaq və tanıdaq” mövzusunda Yeni Azərbaycan partiyasının bir qrup fəalları ilə görüş keçirib.

Deputatın qərargahında Modern.az-a verilən məlumata görə, görüşə qatılan fəallar əvvəlcə Lənkəranın mərkəzi meydanında görkəmli şəxsiyyət Heydər Əliyevin abidəsi önünə əklillər və tər çiçək dəstələri qoyub. Bakıdan gələn qonaqlar Lənkəranlı gənclərlə birlikdə rayonun sosial-iqtisadi durumu ilə tanış olub, isti dostluq münasibətləri qurublar.

İki günlük görüş seminarda Hadi Rəcəbli gənclərə Lənkəranın tarixi, mədəniyyəti və yerli adət-ənənələri barədə geniş məlumat verib, Lənkəran və Heydər Əliyev mövzusunda öz xatirələrini danışıb, respublikamızda millı-mənəvi dəyərlərə yüksək qiymət verilməsinə, xalqımızın bütövlüyü, Azərbaycançılıq ideyalarına hər bir gəncdə sədaqət hissinin aşılanmasına xüsusi diqqət yetiribdir.

Görüşdə mərhum Heydər Əliyevin 90 illik yubileyi xüsusilə anılıb. Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədri Hadı Rəcəbli YAP fəalları qarşısında “Azərbaycanın sosial siyasətinin yaradıcısı və təməlini qoyan Heydər Əliyevdir” mövzusunda mühazirə oxuyub.

Qeyd edilib ki, Heydər Əliyev tərəfindən irəli sürülmüş sosial-iqtisadi siyasət və qarşıya qoyulmuş vəzifələr bu gün möhtərəm prezident İlham Əliyev tərəfindən ugurla həyata keçirilir, ölkədə geniş miqyaslı abadlıq-quruculuq işləri aparılır.

Qaradağ rayonundan olan gənclər rayonun tarixi və sosial-iqtisadi durumu ilə bağlı ətraflı məlumat veriblər. Qaradağlılar tərəfindən bir neçə çağırış deputat seçilmiş prezident İlham Əliyevin onlar üçün gördüyü konkret, lokal işlərdən danışıblar.

Çıxış edənlər YAP-in Lənkəran rayon təşkiilatının icra katibi Əliziya Ağayev, YAP gənclər təşkilatının sədri Yalçın Əliyev, Qaradağ rayon YAP üzvləri Şıxəlizadə Emin, İmanova Rəna, Bayramov Elcin sözün həqiqi mənasında ölkəmizdə milli-mənəvi dəyərlərin yüksək səviyyədə qorunduğunu və xüsusən gənclərə göstərilən qayğı və diqqəti rəqəmlər və faktlarla qeyd ediblər.

Həmin gün cənub mirvarisi olan Lənkəranın görməli yerləri, tarixi abidələri və muzeyləri ilə tanış olublar. Axşam “Palıdlı Sahil” istirahət mərkəzində maraqlı, mədəni, kütləvi tədbirlər keçirilmiş, gənclərin maraqlı istirahəti təşkil olunub.

Sonda Heydər Əliyevin unudulmaz xatirəsinə həsr olunmuş iki günlük görüş seminar iştirakçıları dövlətçiliyimizin möhkəmlənməsi, sabitliyin qorunması naminə apardığı mübarizədə dövlət başçısı İlham Əliyevlə həmrəy olduqlarını qeyd edərək, onu yenidən dövlət başçısı görmək istədiklərini bildirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!