Modern.az

Xarici investorlar Azərbaycandan 2 milyard dollaradək pul çıxarıblar

Xarici investorlar Azərbaycandan 2 milyard dollaradək pul çıxarıblar

16 Mart 2010, 16:17

Dünyanı əsas maliyyə mərkəzlərində başlayan böhran 2008-ci ildən bəri bütün ölkələrə öz mənfi təsirini göstərir. Böhran qlobal ticarətə, sərnişin və yük daşımalarına, maliyyə və investisiya axınlarına ciddi zərbə vurub, kreditləşmə imkanlarını azaldıb və bir çox ölkələrdə kəskin iqtisadi tənəzzül yaradıb. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2009-cu ildə dünya iqtisadiyyatının 1,1 faiz səviyyəsində eniməsi fonunda dünya üzrə ticarət dövriyyəsi 11 faizdən artıq azalıb. Nazirlər Kabinetinin 2009-cu ildəki fəaliyyətinə dair Milli Məclisə təqdim edtdiyi hesabata görə, qlobql maliyyə-iqtisadi böhran Azərbaycandan da yan keçməyib, iqtisadiyyatımızın bəzi sahələrinə öz təsirini göstərib. Hesabatda bildirlib ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin 2009-cu ildə neft hasilatının həcmi büdcədə proqnozlaşdırılandan 23 faiz və ya 12,2 milyon ton az olub.

Modern.az xəbər verir ki, hökumətin hesabatına görə, 2008-ci ilin dördüncü rübündən başlayaraq, əsasən də 2009-cu ilin  birinci yarısında xarici investorlar ölkəmizin dövlət istiqrazları bazarından 250  milyon ABŞ dolları məbləğndə və ya ümumi bazarın 60 faizi səviyyəsində, bank sistemindən isə 1,7 milyard ABŞ dollar və ya ümümbank sisteminin valyutada aktivlərinin 20 faizdən artıq həcmində vəsaitlərini xaricə çıxarıblar. Modern.az 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir