Modern.az

İki QHT nümayəndəsi Elmar Vəliyevin müavinləri təyin olunub - FOTOLAR

İki QHT nümayəndəsi Elmar Vəliyevin müavinləri təyin olunub - FOTOLAR

16 Aprel 2013, 11:55

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Qafqaz və regional konfliktlər üzrə struktur bölməsinin rəhbəri Castin Fridmanın rəhbərliyi ilə ABŞ-ın Ədliyyə Departamentinin məsul işçisi Katlin Nilkomu, departamentin insan hüquqları demokratiya və struktur bölməsinin məsul işçisi Vendi Silvermeni və ABŞ-ın Azərbaycandakı səfirliyinin insan hüquqları üzrə mütəxəssisi Erik Pitersonu qəbul edib. Bu barədə Gəncə şəhər İcra Hakimiyyətindən Modern.az-a məlumat verilib.

Elmar Vəliyev qonaqlara qədim Nizami yurdu haqqında ətraflı məlumat verib, burada həyata keçirilən infrastruktur layihələrindən, beynəlxalq tədbirlərdən, bu tədbirlərdə Amerika Birləşmiş Ştatları alimlərinin iştirakından söhbət açıb. Bildirib ki, Gəncənin 1482 hektar qoruq sahəsi var  və onun arxeoloji tədqiqat işlərində amerikalı alimlər də yaxından iştirak edirlər. Belə tədqiqat işlərinin aparılmasında ABŞ-ın Smitsan İnstitutu alimlərinin böyük zəhməti var. İnstitutun Milli Muzeyinin rəhbəri Pol Teylor bir neçə dəfə Gəncədə olub və maraqlı tədqiqat işləri ilə Gəncənin tarixinə töhfələr verib. Yaxın vaxtlarda isə 8 nəfərdən ibarət amerikalı alimin Gəncəyə səfəri gözlənilir. Elmar Vəliyev daha sonra qonaqlara ölkə başçısının imzaladığı sərəncamla “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Gəncədə görülən işlərdən danışıb. Bildirib ki, şəhərdə təhsil, səhiyyə və mədəniyyət sahəsində kompleks yenidənqurma işləri aparılmaqla yanaşı, iqtisadiyyatın yüksəldilməsi istiqam ətində də müsbət addımlar atılır. Hazırda nəhəng metallurgiya istehsalat birliyinin, yağ istehsalı müəssisəsinin və sair istehsalat sahələrinin inşası sürətlə aparılır. Gəncənin su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində də işlərə başlanılıb. ABŞ Dövlət Departamentinin Qafqaz və regional konfliktlər üzrə struktur bölməsinin rəhbəri Castin Fridman icra başçısı ilə bir sıra məsələləri müzakirə edib. Qeyri-Hökumət Təşkilatlarının fəaliyyəti üçün yaradılan şərait, şəffaflığın təmin edilməsindən ötrü görülən işlər, narkotiklərə və insan alverinə qarşı mübarizələrin səmərəliliyinin artırılması üçün qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

E.Vəliyev Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinə dəstək göstərildiyini diqqətə çatdırarkən bildirib ki, hazırda şəhər İcra Hakimiyyəti başçısının iki müavini qeyri-hökumət təşkilatı olan “Gələcəyə körpü” gənclər ictimai birliyindən irəli çəkiliblər. Bundan başqa hazırda paytaxt Bakıdan sonra Gəncədə də «ASAN xidmət» mərkəzi yaradılır. Bunun üçün inzibati binanın inşası sürətlə aparılır. Mərkəzin iyul ayında istifadəyə verilməsi qərarlaşdırılıb.




Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?