Modern.az

“Monex” təcili pul köçürmə sisteminə qoşulmuş bankların sayı 23-ə çatdı

“Monex” təcili pul köçürmə sisteminə qoşulmuş bankların sayı 23-ə çatdı

16 Aprel 2013, 12:31


“Muğanbank” ASC-nin layihəsi olan “Monex” təcili pul köçürmə sisteminə “Naxçıvan Bank”, “Bank of Azerbaijan” və “AFB” bankları da qoşulmuşlar. Bu barədə “Monex” təcili pul köçürmə sisteminin lahiyə rəhbəri Vüsal İbrahimov “Muğanbank” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə bildirmişdir.  

Vüsal İbrahimov yuxarıda adları qeyd olunmuş bankların sistemdə qeydiyyatının başa çatdığını bildirərək, yeni bankların filial və şöbələrinin sistemə qoşulması üçün texniki məslələrin tam həll olunduğunu vurğulamışdır.
Beləliklə, “Monex” sisteminin fəaliyyət coğrafiyası genişlənmiş və sistemə tərəfdaş olan bankların sayı 23-ə çatmışdır. Layihə rəhbəri bildirmişdir ki, hazırda sistemə qoşulmaq niyyətində olan digər banklarla danışıqlar aparılır. V.İbrahimov “Monex” sisteminin beynəlxal səviyyə çıxması planlarından danışaraq Gürcüstanda mövcud şəbəkənin genişləndirilməsi, Rusiya, Ukrayna, Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirliklərində sistemin fəaliyyəti üçün danışıqlar aparıldığını nəzərə çatdırmışdır. 

Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “Monex” təcili pul köçürmə sistemi ölkədə fəaliyyət göstərən 23 bankın 500-dən artıq filial və şöbələrində müştərilərə xidmət göstərir. Bu sistem vasitəsilə müştərilər ölkə daxilində və Gürcüstan ərazisində pul vəsaitlərini təcili göndərə və qəbul edə bilərlər.
Sistemin tarifləri ilə ətraflı olaraq aşağıdakı “link”də tanış ola bilərsiz.  //www.muganbank.az/az/goto/130  
Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi