Modern.az

Rəsulzadədən onu “Şarlatan” adlandıran Səməd Vurğuna CAVAB - FAKT

Rəsulzadədən onu “Şarlatan” adlandıran Səməd Vurğuna CAVAB - FAKT

Mədəni̇yyət

16 Aprel 2013, 13:12

ADR lideri şairi “vətənpərvərliyə rəvac verən şair” adlandırıb

Bir neçə gündür ADP sədri Sərdar Cəlaloğlunun Azərbaycan şairi Səməd Vurğun barədə söylədiyi tənqidi fikirlər ciddi rezonans doğurub.  Tanınmış adamların da qatıldığı müzakirələrdə  ADP sədrinin sözlərinə etiraz edirlər. 

Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin bir qrup nümayəndəsi ADP sədri Sərdar Cəlaloğluna cavab olaraq bəyanat göndərib. Bəyanatda Səməd Vurğuna qarşı işlədilən təhqiramiz ifadədən (“dılğır” ifadəsi-red.) narahat olduqlarını bildirən ziyalılar Məhəmməd Əmin Rəsulzadənin də Səməd Vurğun haqqında xoş fikirdə olmasını partiya sədrinin nəzərinə çatdırıblar.
Çünki Sərdar Cəlaloğlu deyib ki, “Səməd Vurğun Azərbaycan xalqının düşməni Şamuyanı özünə baba, Məhəmməd Əmin Rəsulzadəni isə xəyanətkar adlandırıb”.
ADP sədri bu iddiasını havadan götürmədiyini, fakta əsaslandığını vurğulayıb. S.Cəlaloğlu bu fikri səsləndirərkən Səməd Vurğunun məşhur “26-lar” poemasında yer almış aşağıdakı misraları nəzərdə tutub. Səməd Vurğun yazırdı:

“İndi xəbər verim oxucuma mən
O “millət rəhbəri” Rəsulzadədən;
Toplamış məclisdə müsəlmanları,
Yağlı vədələrə tutmuş onları;
Deyir: “Türkiyəni çağıraq gərək,
Bizə kömək olsun qılınc çəkərək.
Parlasın ədalət, mehri-hürriyyət,
Ucalsın göylərə şərəfi-millət!..
– Şarlatan!
– Afərin!
– Rəhbərə bir bax!..
– Vətəni yadlara bunlar satacaq!..
– Bir dayan!
– Nə dedin?– O bir xaindir.
Sözünün pərdəsi millətdir, dindir…”

(“26-lar” poeması, Bakı, 1986, səh. 59).

 “Ağır fikirlərə dalmış Şaumyan,
Xəyalı göyləri hey yara-yara,
Əlvida söyləyir qaranlıqlara…
Onun üzündəki fırtınaya bax!
Böyük bir həsrətlə boğulmuş rəngi;
Onun baxışları alovlanaraq,
Döyünür köksündə polad ürəyi,
Böyük bir həsrətlə boğulmuş rəngi.
(“26-lar” poeması, Bakı, 1986, səh. 61).

Məhəmməd Əmin Rəsulzadənin Səməd Vurğun haqqında fikirləri də maraq doğurur.

Modern.az Şərqdə ilk demokratik Respublikanın banisi olan Məhəmməd Əmin Rəsulzadənin Səməd Vurğun barədə nə dediyini araşdırıb.

Qeyd edək ki , Səməd Vurğun haqqında fikri Məhəmməd Əmin Rəsulzadə özünün 1950-ci ildə Ankarada mühacirətdə yaşayarkən yazdığı “Çağdaş Azərbaycan ədəbiyyatı” adlı əsərində qeyd edib. Fikirlər daha çox “Vaqif” pyesi barədədir və M.Ə.Rəsulzadə də pyesin gizli mesajları barədə danışıb. Məhəmməd Əmin Rəsulzadənin bu fikirlərini olduğu kimi orijinala toxunmadan sizlərə təqdim edirik :

“Tərcümə əsərlərindən başqa orijinal əsərlər də yazılmışdır: bunlar arasında yuxarıda haqqında danışdığımız Səməd Vurğun Stalini idealizə edən əsərlər yanında bir də “Vaqif” adlı mənzum dram yazmışdır. “Vaqif” XVIII yüzillikdə yaşamış məşhur Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və əsərlərindən ilham almaqla yazılmışdır. Ümumi sovet vətənpərvərliyinə rəvac verən son rus əsərlərindən öyrənməklə, Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır. Səmədin dili, şairlik qüdrəti və vətənpərvərliyi necə anlaması haqqında bir fikir yaratmaq üçün onun bu mənzuməsindən bəzi beytləri birgə gözdən keçirək:

Şair Vaqif, məlum olduğu kimi, Ağa Məhəmməd şah Qacar ilə müharibə edən Qarabağ xanının vəziri idi. Pyesə görə, Qarabağ xanı məğlub olmuş, Məhəmməd şahın keyf məclisi qurulmuşdur. Vaqif tutularaq onun hüzuruna gətirilir. Şair içəri girərkən Qacara baş əymir”.


Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi