Modern.az

QHT şurası USAİD ilə anlaşdı

QHT şurası USAİD ilə anlaşdı

16 Aprel 2013, 13:28

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə “Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalayacaq. Modern.az –ın  məlumatına görə, memorandum çərçivəsində əməkdaşlığın məqsədi  ümumi və icma yönümlü regional sosial-iqtisadi inkişafda vətəndaş iştirakçılığının gücləndirilməsi, QHT-lərlə hökumət və özəl sektoru təmsil edən tərəfdaşların əlaqələndirilmiş şəbəkəsinin yaradılması vasitəsilə ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə töhfə verməkdir. 

Şura tərəfdən Memorandumu sədr Azay Quliyev, ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfdən  qurumun Avropa və Avrasiya üzrə rəhbərinin müavini xanım Paige Aleksandr imzalayacaq.

 Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi