Modern.az

Ziyafət Əsgərov: “Soyqırım iddiası Azərbaycan və Türkiyəyə təzyiq üsuludur”

Ziyafət Əsgərov: “Soyqırım iddiası Azərbaycan və Türkiyəyə təzyiq üsuludur”

Aktual

16 Aprel 2013, 14:37


“Görün bunlar nə qədər xəstələniblər ki, Türkiyə, Azərbaycan, Gürcüstana, hətta Rusiyanın Krasnodar vilayətinə ərazi iddiasındadırlar”.
Bunu jurnalistlərə açıqlamasında vitse-spiker Ziyafət Əsgərov deyib. O bildirib ki, Ermənistanın soyqırım iddialarını rədd edib: “Bu uydurma məsələdədir. Ermənilər bu cəfəng soyqırım adı ilə Türkiyəyə, Azərbaycana və başqa dövlətlərə basqı etmək istəyirlər. Çünki özləri də yaxşı bilirlər ki, onların heç bir gücü yoxdur. Ermənistanın siyasi, iqtisadi və digər cəhətlərdən heç biri gücü olmayan dövlətdir. Əllərində bircə dəlil qalıb uydurma erməni soyqırımı. Bu da tamamilə mənasız bir şeydir. Artıq dünya o dünya deyil. Bilirsiniz ki, ABŞ-da bu yaxınlarda Reyqanın köməkçisi çıxış etdi. O, ABŞ və Avropanın arxivlərini açıb və məlum olub ki, soyqırım iddiası boş sözdü”.

Vitse-spiker təəssüflə qeyd edib ki, nə qədər gec deyil, Ermənistan öz qonşuları ilə münasibətləri sahmana salmalıdır. “Ermənistanın öz tarixçiləri də dəfələrlə bildiriblər ki, dünya tarixçiləri dəfələrlə təsdiq ediblər ki, ermənilər Qafqaza gəlmədilər. Bunlar buranın köklü, yerli əhalisi deyillər”.  

 

Gültəkin Ələsgər

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı