Modern.az

Umud Rəhimoğlu Cenevrədə mühüm görüşlər keçirib

Umud Rəhimoğlu Cenevrədə mühüm görüşlər keçirib

Aktual

16 Aprel 2013, 16:19

BMT Avropa İqtisadi Komissiyasının 65-ci sessiyasında iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) rəsmisinin BMT-nin strateji agentlikləri, Cenevrədəki media qrupları, eləcə də BAMF-ın tərəfdaşları və üzv olduğu şəbəkə nümayəndələri ilə keçirdiyi yüksək səviyyəli görüşlərdən ən mühümü Birləşmiş Millətlər Assosiasiyaları Dünya Federasiyasının (BMADF) Cenevrədəki Millətlər Sarayında yerləşən ofisində təşkilatın insan haqları tədrisi proqramı üzrə məsul şəxs xanın Viyebke Harmsla keçirilən görüş olub. Görüşdə əsas məqsəd Azərbaycandan olan vətəndaş cəmiyyəti təşkilatlarının təbliği, eləcə də Mərkəzi Asiya və post-Sovet ölkələri regionunda BAMF-ın potensialının artırılması, Birləşmiş Millətlər Assosiasiyalarının Azərbaycan ofisinin yaradılması yolu ilə Azərbaycandan daha çox vətəndaş cəmiyyəti təşkilatının təmsil olunmasına nail olmaq idi.

“Görüşdə mən ilk növbədə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı prosesindən, Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti təşkilatlarına göstərdiyi dəstəkdən söhbət açdım. BAMF-ın media, qaçqınlar və məcburi köçkünlər, sülh quruculuğu və icmaların inkişafı sahələrindəki fəaliyyətinin özü də Azərbaycan QHT-lərinin uzun yol keçməsi faktının əyani sübutu kimi təqdim edildi”- deyə Umud Rəhimoğlu bildirdi. “BAMF öz mandatını BMT mandatı ilə uzlaşdırmaq üçün müəyyən tədbirlər görüb. Təşkilatın bütün fəaliyyətini diqqətlə dinləyən BMADF nümayəndəsi də bunu təsdiq etdi. BAMF uzun illərdir ki,  bu və ya digər şəkildə insan haqları, humanitar yardım, sülh və təhlükəsizlik, eləcə də dayanıqlı inkişafla bağlı fəaliyyət göstərir. Bu da əsas qayəsi BMT-nin fəaliyyətini təbliğ etmək və dəstəkləmək olan, həmçinin geniş kütlələrlə işləyən BMADF-in missiyası ilə üst-üstə düşür”. U.Rəhimoğlu daha sonra qeyd edib ki, BMADF  ortaq qlobal təfəkkür və beynəlxalq əməkdaşlığı dəstəkləyən vətəndaşlar vasitəsilə BMT-nin gücləndirilməsi və təkmilləşdirilməsinə çalışırsa, BAMF da BMT-nin fəaliyyətinə dayanan tədbirlər vasitəsilə cəmiyyəti gücləndirmək və təkmilləşdirmək üçün bənzər işlər görməkdədir. 2007-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Azərbaycan, Mərkəzi Asiya və post-Sovet regionlarından olan vətəndaş cəmiyyəti təşkilatlarına liderliyi davam etdirir. Bütün bunlara görə BMADF BAMF haqda daha geniş bilgi əldə etmək və bundan sonra təşkilatımızla  Azərbaycandakı nümayəndəlik qismində əməkdaşlıq etmək niyyətindədir. Bu mötəbər qurumun indiyədək Azərbaycanda nümayəndəliyi yoxdur. Birləşmiş Millətlər Assosiasiyalarının ölkə ofisləri oxşar mandatlı müxtəlif QHT-lərin nümayəndəliyi kimi çıxış edir və BMT-nin fəaliyyətini dəstəkləməyə yönəlib.

Qeyd edək ki, BAMF sədri səfər zamanı Cenevrədə yerləşən və jurnalistlərin insan haqları sahəsindəki fəaliyyətinin təkmilləşdirilməsinə yönəlik fəaliyyət göstərən Cmedia təşkilatının rəhbərliyi, Dayanıqlı İnkişaf Uğrunda Şimali Avropa Alyansının icraçı direktoru, BMT-nin Ətraf Mühit Proqramının Tərəfdaşlıq, Ətraf Mühit və Sağlamlıq məsələləri üzrə regional koordinatoru ilə də yüksək səviyyəli görüşlər keçirib.  U. Rəhimoğlunun Beynəlxalq Sülh Bürosunun baş katibi cənab Kolin Arçerlə görüşü də uğurlu keçib. Görüşdə, tərəflər 2014-cü ildə  Bakıda “Mərkəzi Asiya və Qafqaz regionlarında sülh, enerji və təhlükəsizlik uğrunda dialoqa yardım” mövzusunda beynəlxalq konfransın keçirilməsi məsələsini müzakirə ediblər. Beynəlxalq Sülh Bürosu katibliyinin 2013-cü ilin sonuncu rübündə Bakıya dəyərləndirmə səfəri edəcəyi haqda razılaşma əldə olunub. Görüşlərdə BAMF-ın proqramlar və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa da iştirak edib.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir