Modern.az

“Azadlıq” təkziblə çətinlikdən çıxmaq istəyir

“Azadlıq” təkziblə çətinlikdən çıxmaq istəyir

17 Aprel 2013, 11:00


Müxalifətin aparıcı mətbuat orqanı sayılan “Azadlıq” qəzeti yenidən ciddi problemlə üzləşib. Qəzetin bank hesabına həbs qoyulub. Bir müddət öncə də qəzetə qarşı belə bir addım atılıb. Lakin “Azadlıq” üzr istəməklə müəyyən problemləri həll edə bildi. Amma indi Yasamal Rayon Məhkəməsinin qərarı ilə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iddiası üzrə qəzetin bank hesabına həbs qoyulub. Bundan sonra “Azadlıq” hansı addımı atacaq? İddiaçıdan üzr istəyəcək, yoxsa başqa yolla məsələni çözəcək?

Modern.az-a verdiyi açıqlamada “Azadliq”ın redaktoru Sücəddin Şərifov bildirib ki, icra ilə bağlı “Azadlıq” da məhkəməyə şikayət edilib. “Bu şikayət üzrə məhkəmə prosesinin baş tutmasını gözləyirik. Çalışacaq ki, məsələni təkzib vermək yolu ilə həll edək. Əgər bu alınmasa, gələcək addımlarımızı müzakirə edib qərar verəcəyik”. Xatırladaq ki, həbs qərarı Tağı Əhmədovun qəzetə qarşı təmin edilmiş iddiasının icrası məqsədi daşıyır. Metropoliten rəisinin iddiası üzrə “Azadlıq” qəzeti 30 min manat cərimələnib.

 

Aqşin Kərimov  
Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır