Modern.az

Mirəşrəf Fətiyev: “İlhamə Quliyeva ilə görüşmədim, 35 min dollar borcu mənə onun adamları çatdırdı”

Mirəşrəf Fətiyev: “İlhamə Quliyeva ilə görüşmədim, 35 min dollar borcu mənə onun adamları çatdırdı”

Aktual

17 Aprel 2013, 11:54

Rusiyada yaşayan azərbaycanlı iş adamı, Dünya Azərbaycanlıları Konqresinin Rusiya nümayəndəliyinin rəhbəri Mirəşrəf Fətiyev xalq artisti İlhamə Quliyevaya borc verdiyi 35 min dollar pulu çətinliklə də olsa, geri alıb. Bunu Modern.az-a Mirəşrəf Fətiyevin özü deyib. Onun sözlərinə görə, müğənni ilə üz üzə görüşməyiblər, məsələni telefon əlaqəsi ilə həll ediblər.
“Aprelin 15-də Bakıda şair Vüqar Əhmədin ad günündə iştirak edirdim. Eyni zamanda İlhamə Quliyevaya qarşı məhkəmə davası açmaq üçün vəkilə etibarnamə verməli idim. Həmin gün səhər tezdən İlhamə Quliyevanı təmsil edən adamlar yanıma gəldilər və borc verdiyim pulu qaytardılar. Ona görə də məhkəmə iddiası qaldırmaqdan vaz keçdim. Halbuki sənədlər tam hazır idi, pul qaytarıldığından onlara ehtiyac qalmadı. Mən pulumu tələb edirdim, onu da aldım. İlhamə xanımla da telefon əlaqəmiz oldu. O, üzrxahlıq etdi. Həmin an yanımda kənar adamlar olduğundan özümü o yerə qoymadım”.

M.Fətiyev eyni zamanda İlhamə Quliyevanın mətbuatda onunla dostluq münasibəti saxladığını və heç bir borcunun olmadığını deməsinə də şərh verib.

“İlhamə Quliyeva bir az düz addım atmadı. Əvvəl nala-mıxa vurdu. Gördü ki, şahidlər var, başqa çarəsi yoxdur, pulu qaytarıb verdi. Heyf ki, qadınlar var heç nə üstündə adamı biabır edə bilirlər. Mən əsla şou adamı deyiləm, mənim reklama ehtiyacım yoxdur”.

Şahanə Rəhimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!