Modern.az

UNİCEF-in icraçı direktoru Azərbaycana məktub yollayıb

UNİCEF-in icraçı direktoru Azərbaycana məktub yollayıb

16 Mart 2010, 18:40

“NUR” Uşaq və Gənclərin İctimai Birliyinin Aleksand Bodini Fondunun Uşaq Mükafatının 2009–cu ildəki qaliblərindən biri olması barədə xəbər vermişdik.

UNİCEF-in icraçı direktoru Anna M.Veneman bu münasibətlə “NUR” Uşaq və Gənclərin İctimai Birliyinə təbrik məktubu ünvanlayıb. Məktubda bildirilib: “San Marino-Aleksandr Bodini Fondunun uşaq mükafatı ilə təltif olunmağınız münasibətilə UNİCEF-in ən xoş təbriklərini qəbul etməyinizi xahiş edirəm. “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin fəaliyyəti uşaq hüquqları məsələlərində uşaq və gənclərin iştirakının dəyərini nümayiş etdirir. Biz sizin uşaqlar üçün bərabər hüquqları müdafiə etməyinizi alqışlayırıq. Uşaqlara Uşaq Hüquqları Konvensiyası əsasında öz fəaliyyətlərini təşkil etmək imkanı yaratmaqla Siz onların eşidilməsinə yardımçı olursunuz və uşaqların həyatları ilə bağlı məsələləri önə çəkirsiniz. Uşaq və gənclər tərəfindən belə təşəbbüslərin həyata keçirilməsinin əsasında onlar öz cəmiyyətləri, xalqları və dünyada dəyişiklik edə bilərlər”.

 

UNİCEF  “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin fəaliyyətini yüksək dəyərləndirib və uğurlar arzulayıb.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı