Modern.az

Həmid Herisçi: “Məni Mirzə Cəlilə görə tənqid edənlərin gözləri görmür”

Həmid Herisçi: “Məni Mirzə Cəlilə görə tənqid edənlərin gözləri görmür”

Mədəni̇yyət

17 Aprel 2013, 13:08

Modern.az-dakı iddialı açıqlaması ilə özünə xeyli müxalif toplamış Həmid Herisçi yenidən söz demək istəyində bulundu. “Molla Nəsərddin” jurnalı və Cəlil Məmmədquluzadə ilə bağlı əvvəlki açıqlamalarında “Ölülər” əsərini plagiat adlandıran H.Herisci Mirzə Cəlil müdafiəçilərinə cavab verdi.

“Sizin bu polemikanın üstün cəhəti odur ki, artıq ədəbiyyatdan, ciddi bir sahədən danışılır, şoudan yox. O ki qaldı əks fikirlərə, özünü ateist, teist kimi göstərmək istəyənlərin bu diskusiyyalara qoşulması və Cəlil Məmmədqluzadəni bu cür müdafiə etməsi təbii haldır. Maarifçi ateizm artıq XIX əsrdə qaldı. Mirzə Cəlil XIX əsrdə qaldı. Bunlar xalqa çox köhnə bir ədəbiyyatı sırıyırlar. Bu gün Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə aktual deyil. Onlar həm çox keçmişdə qaldı, həm də özünü doğrultmadı. Bu gün Avropa kosmoenergetikadan, insanın fövqəl xüsisiyyətlərindən, mistikadan danışırsa, deməli, maarifçi və tənqidi realistlərimiz özünü doğrultmayıb.

Məsələ ondadır mənim “Sirli Azərbaycan” verilişimdə mistika sırf elmi hal alır. Hamı elə bilirdi ki, Qərb ateist məkandır. Xeyr, bu belə deyil. Bu, özünü maarifçi göstərmək istəyənlərin, xüsusən də Qan Turalı kimilərin xalqa yanlış informasiya sırıması cəhdidir. Müasir dünya elmi və ədəbiyayatı mistisizmə çox meyl edir. Bəziləri gözlərini yumub ağzılarını açırlar.

Sonda onu deyim ki, oxuculara bir üzrxahlığım var. Moris Meterlinkin əsərinin adı “Müqəddəs Antonun dirilişidir”.

 

Elmin Nuri 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır