Modern.az

Dünya Azərbaycanlıları Birliyi xaricdə kampaniya aparır

Dünya Azərbaycanlıları Birliyi xaricdə kampaniya aparır

16 Mart 2010, 19:02

Dünya Azərbaycanlıları Birliyi (DAB, Belçika) müxtəlif ölkələrdə qondarma “erməni soyqırımı”na dəstək verilməsinə qarşı eritraz məktubları kampaniyasına başlayıb. DAB-ın rəhbəri Ədalət Quliyev Diasporla İş üzrə Dövlət Komitəsinə bildirib ki, “No to H.Res 252!!!” devizi altında etiraz məktubları hazırlanıb və müxtəlif qurumlara göndərilir. Məktiblarda həm bu il marıtn 4-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı”nı tanıyan H.Res 252 saylı qərarın, Senatın Xarici Əlaqələr Komitəsində də eyni məzmunlu qərarın qəbul edilməsi, həm də martın 11-də İsveç Parlamentinin uydurma “erməni soyqırımı”nı rəsmən tanıması kəskin şəkildə pislənilir. DAB haqsız və uydurulmuş iddialarla dünyanın diqqətini özünə cəlb etməyi bacaran ermənilərin əsl simasını beynəlxalq ictimayyətin nəzərinə çatdırmaq məqsədilə hazırladığı məktubları aryı-ayrılıqda ABS prezidenti Barak Obamaya, vitse-prezident Cozef Baidenə, dövlət katibi Hillari Klintona, BMT-nin baş katibi Pan Gi Muna, ABŞ-ın Belçikadakı səfirinə, beynəlxalq təşkilatlara, eləcə də “erməni soyqırımı” anlayışını qəbul edən və dəstəkləyən hər bir konqresmen və senatora ünvanlayıb. Bundan başqa, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin müzakirəsinə qondarma “erməni soyqırımı” məsələsini çıxaran Respublikaçı Şiff Adama və onu dəstəkləyən 136 respublikaçıya, bu məsələni Senatın Xarici Əlaqələr Komitəsinin gündəminə çıxaran senator Mendez Robertə, ona dəstək verən 13 senatora xüsusi müraciətlər hazırlanır. DAB-ın məktublarının surəti həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə, xarici işlər naziri Elmar Məmmədyarova, Türkiyə prezidenti Abdulla Gülə, xarici işlər naziri Əhməd Davudoğluna və Türkiyənin Belçikadakı səfiri Nazif Murat Ersavcuya göndəriləcək. Ümumiyyətlə, 200-dən çox şəxsə və təşkilata məktub göndəriləcək. Etiraz məktublarının geniş ictimayyətdə də yayılması məqsədilə DAB rəhbərliyi xarici ökələrin və beynəlxalq təşkilatların Belçikadakı diplomatik korpuslarının, tanınmış media orqanlarının rəhbərləri ilə görüşlər keçirməyə hazırlaşır.

Qeyd edək ki, sözügedən məktublarda tarixdə “erməni soyqırımı” adlı hadisənin baş verməməsini sübut edən faktlarla yanaşı, Ermənistanın Azərbaycan torpaqlarının 20 fazini işğal etməsi, zəbt olunmuş ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılmasına dair BMT-nin və Avropa Şurasının qətnamələri barədə məlumat verilir və dünya ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırılır.  Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi