Modern.az

AYB üzvləri səhhəti pisləşmiş Söhrab Tahiri yoluxacaq

AYB üzvləri səhhəti pisləşmiş Söhrab Tahiri yoluxacaq

17 Aprel 2013, 17:22


“Xalq şairi Söhrab Tahir bizim ədəbi və mədəni həyatımızda önəmli yer tutan şəxslərdən biridir. Onun kimi şairləri yoluxmaq bizim borcumuzdur”. Bunu Modern.az-a AYB-nin sözçüsü Ədalət Əsgəroğlu deyib.

Xatırladaq ki, xalq şairi, prezident təqaüdçüsü Söhrab Tahirin səhhəti pisləşib. 87 yaşlı şairin durumu və müalicəsi ilə bağlı Ə. Əsgəroğlu bildirib ki, Söhrab Tahir AYB-yə müraciət etməyib.

“Əhvalı ilə maraqlanmışıq. Yəqin ki, bu gün ya sabah Söhrab Tahirlə əlaqə saxlayıb əlimizdən gələn yardımı göstərib, qayğısına qalacağıq. Əlimizdə olan imkanlardan yararlanıb, hara müraciət lazımdırsa edəcəyik. Bu bizim borcumuzdur və bu işləri əvvəllər də lazımınca yerinə yetirmişik”.

Qeyd edək ki, AYB Modern.az-ın məlumatınadan sonra bu qərara gəlib.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub