Modern.az

Gəncədə şagirdlər aksiya keçirib yolu bağladılar

Gəncədə şagirdlər aksiya keçirib yolu bağladılar

18 Aprel 2013, 17:26

Bu gün səhər saatlarında Gəncə şəhərində 31 saylı orta məktəbin şagirdləri etiraz aksiyası keçiriblər. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, məktəbin şagirdləri direktorun işdən çıxarılmasına etiraz edərək Nəriman Nərimanov prospektini bağlayıblar.

Polislərin müdaxiləsindən sonra şagirdlər dağıdılıb və yol açılıb. Hadisədən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin 31 saylı məktəbə gələrək şagirdlərin problemləri ilə maraqlandığı bildirilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi