Modern.az

Yaponların Şəmkirdəki layihəsi başa çatdı

Yaponların Şəmkirdəki layihəsi başa çatdı

18 Aprel 2013, 20:59

Yaponiyanın “Ot kökləri və İnsan Təhlükəsizliyi” Qrant Yardımı Proqramı çərçivəsində Şəmkirin Ələsgərli kəndində tikilən tibb məntəqəsinin açılış mərasimi keçirilib.

Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Şusuke Vatanabe, “Lider Qadınlar” İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı və Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov iştirak ediblər.

Layihənin əsas məqsədi Ələsgərli kəndində yeni tibb məntəqəsi tikməklə həmin kəndin və ona qonşu olan digər 2 kənd sakinlərinə göstəriləcək tibbi xidmətin, eləcə də uşaq doğumun səviyyəsini yaxşılaşdırmaqdır. Layihədən faydalanacaq şəxslərin sayı 2000 nəfəri əhatə edir.

Qeyd edək ki, layihə “Lider Qadınlar” İctimai Birliyinin təşəbbüsü ilə  Yaponiya Səfirliyinin dəstəyi və Yaponiya Hökumətinin maliyyə köməyi  ilə arasında 2012-ci il sentyabrın 20-də imzalanıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir