Modern.az

Səfurə Əlizadənin veb-saytı yaradılıb

Səfurə Əlizadənin veb-saytı yaradılıb

Mədəni̇yyət

17 Mart 2010, 11:16

Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin yeni veb-saytı yaradılıb. safura.eurovisiontalents.com saytında builki təmsilçimiz, eləcə də “Eurovision” müsabiqəsi ilə bağlı maraqlı məlumatlar yerləşdirilib.
Hazırda İsveçdə olan Səfurə Əlizadə ilə bağlı son məlumatları məhz bu saytdan əldə etmək mümkündür. İnternet səhifəsində təmsilçimizin ən son fotosessiyaları, maraqlı çıxışları, səsyazma studiyalarında mahnı yazılışlarından foto və videolar yerləşdirilmişdir. Saytda Səfurə Əlizadə ona ünvanlanan suallara da cavablar verib.
Bu ilin mayında Azərbaycana qələbə qazandıracağını bildirən S.Əlizadə, “Eurovision” müsabiqəsində ölkəmizi təmsil etməkdən qürur duyduğunu diqqətə çatdırıb. O, vurğulayıb ki, "milli finalda qalib gələn zaman özümü Alisa möcüzələr ölkəsində hiss etdiyi kimi hiss etdim. “Eurovision” müsabiqəsi həyatımda mühüm hadisədir. Tək ona görə yox ki, həmin yarışma gələcəyimi həll edə bilər. Həm də ona görə ki, mənə inanırlar, bu böyük məsuliyyət və böyük sevincdir. Məndən asılı olan hər şeyi edəcəyəm ki, ölkəm mənimlə fəxr etsin. Bu yarışmada məni qalib gəlməkdən başqa heç nə maraqlandırmır".
Saytda eyni zamanda yarışmada Azərbaycan təmsilçisinin ifa etməsi üçün əcnəbi bəstəkarlar tərəfindən təqdim olunan və Səfurə Əlizadənin ifasında İsveçdə lentə alınan mahnıların yeni variantı da yerləşdirilib. Bu saytdan həmin mahnıları yükləmək və dinləmək mümkündür.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir