Modern.az

Turqut Özalın qatili Azərbaycandadır - Şok İDDİA

Turqut Özalın qatili Azərbaycandadır - Şok İDDİA

Aktual

19 Aprel 2013, 16:34


Türkiyənin səkkizinci prezidenti Turqut Özalın ölümü ilə bağlı yeni məlumat yayılıb. Prezidentin xanımı Səmra Özal Turqut Özalın ölümü ilə bağlı istintaqa verdiyi ifadə mediaya məlum olub. Modern.az – ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, S. Özal ifadəsində 15 il əvvəl baş verən bir hadisəni açıqlayıb. O, 15 il əvvəl naməlum bir şəxsdən məktub alıb. Bu məktubda T. Özalın öldürüldüyü bildirilib və qatilin adı yazılıb: “Həyat yoldaşım vəfat etdikdən sonra İstanbulda yaşadığım evə bir nəfər gəlib və qapıdakı mühafizəçilərə Səmra xanımla mütləq görüşmək istədiyini söyləyib. Mən həmin an evdə olmamışam. Mühafizəçilər evdə olmadığımı dedikdə həmin şəxs onlara bir kağız verib. Kağızda aşağıdakı sözlər yazılmışdı: “Turqut Özalı öldürüblər. Qatil Azərbaycandadır. Adı Həsən Əlioğludur.”

Səmra Özal bu kağızı oxuduqdan sonra dərhal hərəkətə keçdiyini, lakin Həsən Əlioğlu adında adamın izinə düşə bilmədiyini bildirib.

Səmra Özal mərhum prezidentin ölüm anını da müstəntiqə danışıb. O, T. Özalın qəflətən yerə yıxıldığını və ağzından ağ rəngli bir mayenin axdığını deyib. T. Özal xəstəxanaya çatdırılsa da, orada vəfat edib.  

Qeyd edək ki, 1993-cü il aprelin 17-də vəfat edən Turqut Özal ölümündən iki gün əvvəl Azərbaycanda səfərdə olub.   

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!