Modern.az

Şəmsəddin Təbrizinin “Məqalat” əsəri Azərbaycan dilində nəşr edilib

Şəmsəddin Təbrizinin “Məqalat” əsəri Azərbaycan dilində nəşr edilib

19 Aprel 2013, 16:53


Şəmsəddin Təbrizinin “Məqalat” əsəri Konstitusiya Araşdırmalar Fondu tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan dilinə tərcümə edilərək nəşr edilib. Modern.az-ın məlumatına görə, bu, “Azərbaycanın və Şərqin böyük mütəfəkkirlərindən olan Şəmsəddin Təbrizinin “Məqalat” əsərinin Azrbaycan dilinə tərcüməsi və nəşri” layihəsi çərçivəsində həyata keçirilib.

Azərbaycanın və Şərqin böyük mütəfəkkirlərindən olan Şəmsəddin Təbrizinin “Məqalat” əsəri Mehmed Nuri Gencosman tərəfdən Anadolu türkcəsinə çevrilib. Tərcüməçi vəfat etdiyindən “Konstitusiya” Araşdırmalar Fondu onun varislərindən və “7 Tepe Yayın Ev”indən  əsərin Azərbaycan dilinə  tərcüməsi və nəşri üçün  rəsmi icazə alınması üçün danışıqlar aparıb. Adı çəkilən nəşriyyat və Mehmed Nuri Gencosmanın varisləri ilə aparılan danışıqlar uğurla başa çatıb. “Konstituisya” Araşdırmalar Fondu ilə “7 Tepe Yayın Ev”i arasında müvafiq müqavilə imzalanıb. Bu müqaviləyə əsasən Fond “Məqalat” əsərinin türk dilindən Azərbaycan dilinə tərcüməsi və nəşri üçün hüquqlar əldə edib.  Bu tərcüməyə qaynaq olan əsas əlyazma Mövlana Cəlaləddin Ruminin nəslindən olan professor Fərudin Nafiz Uzluq tərəfindən mühafizə olunan bir nüsxədir Bu mətn 27/21 ölçüsündə və 326 səhifədir. Bundan əlavə Konya Mövlana kitabxanasında 2144 və 2145 saylı iki əlyazma ilə qarşılıqlı şəkildə tutuşdurulub. 

Başqa bir əlyazma Tehranda çap olunub və yenə də F.N.Uzluq tərəfindən hədiyyə edilib. Bu əlyazmanın üzərində iranlı alim Əhməd Xoşnuvis bəzi düzəlişlər aprıb.  Həmin əlyazmanı Mehmed Nuri Gencosman türk dilinə çevrilib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor Rafael Hüseynov tərəfində tərcüməyə öz söz yazılıb. Muzeyin rəssamları tərəfindən kitabın üz qabığının tərtibatı hazırlanıb. Kitabın ölkədə fəaliyyət göstərən kitabxanalara, Elmlər Akademiyasının müvafiq institutlarına, ali məktəblərin kitabxanalarına  təqdim edilməsi nəzərdə tutulub. Həmçinin kitabın elektron variantı da müvafiq elektron kitabxanalarda yerləşdirilmək üçün təqdim ediləcək.
Şəmsəddin Təbrizinin “Məqalat’’ əsəri təsəvvüf irsində qiymətli xəzinələrdən sayılır. Əsər Şəmsin xütbələri və söhbətlərindən toplanıb. İrfan aləmində Cəlaləddin Ruminin müəllimi kimi mühüm yer tutan Şəmsəddin Təbrizinin bu əsəri təsəvvüf barədə geniş məlumatlar verir və Qurani- Kərimin bəzi ayələrini təfsir edir. Əsər Şərqin bir çox övliyaları və mütə- fəkkirləri barədə də məlumatlarla zəngindir. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Rəsul Mirhəşimlinin Azərbaycan dilinə tərcümə etdiyi Şəmsəddin Təbrizinin “Məqalat” əsəri bu böyük mütəfəkkirin söylədiklərini doğma dilimizdə oxuya bilmək üçün bir vasitə sayıla bilər. Şəmsəddin Təbrizinin “Məqalat” əsəri onun özü tərəfindən yazılmayıb, bu söhbətlər müridlər tərəfindən sonradan toplanaraq çap edilib.

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi