Modern.az

Terrorçular Rusiya vətəndaşı çıxdılar

Terrorçular Rusiya vətəndaşı çıxdılar

19 Aprel 2013, 20:00

Bostonda marafon zamanı baş tutan terror aktında şübhəli bilinən şəxslərin Rusiya vətəndaşları olduğu məlum olub. Modern.az Associated Press-ə istinadən bildirir ki, istintaq zamanı məlum olub ki, hər iki şübhəli ABŞ-a bir il əvvəl Çeçenistan yaxınlığlından şimali Qafqazdan gəliblər. Bir il burada yaşayıblar. Polisin açdığı atəş nəticəsində biri ölsə də ikinçi şübhəli 19 yaşlı Coxar A.Çarnayevin axtarışları davam edir.

Xatırladaq ki, aprelin 15-də Bostonda təşkil edilən beynalxalq marafonun final xətdində iki partlayıcı mexanizm işə düşüb. Terror  aktı zamanı 3 nəfər ölüb,183 nəfər müxtəlif dərəcəli xəsarət alıb.  

Elçin AĞAYEV

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir