Modern.az

MTN beynəlxaq haker qrupunun Azərbaycanla bağlı oğurladığı sənədləri araşdırır

MTN beynəlxaq haker qrupunun Azərbaycanla bağlı oğurladığı sənədləri araşdırır

20 Aprel 2013, 10:28

Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin rəsmi saytından oğurlanmış sənədlər barədə yayılmış məlumatların aydınlaşdırılması üçün araşdırma aparılır. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Modern.az-a bildirirb.

“Məsələnin aydınlaşdırılması üçün müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır. Yekun nəticə olandan sonra mətbuata açıqlama veriləcək”-deyə o bildirib.   Onun sözlərinə görə, “Anonimous” beynəlxaq hakker qrupunun adı çəkilən dövlət orqanının rəsmi saytından  oğurladığı sənədlərdə adı terroru dəstəkləməkdə ittiham etdiyi qurumla əlaqələr  haqqında yazılanlar araşdırılacaq və bundan sonra bu barədə mediaya tam dolğun məlumat veriləcək.  

Xatırladaq ki, beynəlxalq “Anonimous” hakker qrupunun Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məxfi sənədlərini ələ keçirməsi ilə bağlı mətbuatda məlumatlar yer alır.

Qeyd olunur ki, ələ keçirilən sənəddə nazirliyin və ANAMA-nın terrorçu qruplaşmaları maliyyələşdirən CFC Consulting & Trading İnc şirkəti ilə əlaqələri haqqında materiallar var.    

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir