Modern.az

Gömrük İdarəsinin rəisi iranlı həmkarını Bakıya dəvət edib

Gömrük İdarəsinin rəisi iranlı həmkarını Bakıya dəvət edib

Aktual

20 Aprel 2013, 11:58


Baş Gömrük İdarəsinin rəisi Aydın Əliyev ilə İranın Bakıdakı səfiri Möhsün Pakayin arasında baş tutan görüşdə iki ölkə arasında gömrük əməkdaşlıqlarının genişləndirilməsi, yüklərin daşınması və sərnişinlərin gediş-gəlişinin asanlaşdırılması yolları araşdırılıb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, İran və Azərbaycan Respublikasının gömrük rəsmiləri davamlı olaraq Astara, Biləsuvar, Culfa və Poldəşt sərhəd gömrük məntəqələrində görüşmələri barədə qərar veriblər. Baş Gömrük İdarəsinin rəisi Aydın Əliyev iranlı həmkarını Bakıya səfərə dəvət edib. Beynəlxalq və regional qurumlarda əməkdaşlıqların edilməsi, gömrük işçiləri üçün müştərək təlim kurslarının təşkil edilməsi, onların digər ölkənin qanunları ilə tanış olması, gömrük məntəqələrində rüşvətxorluğun qarşısının alınması və gömrük əməliyyatı vaxtının azaldılması görüşdə əldə olunan digər anlaşmalardan olub.   


Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür