Modern.az

QHT rəhbəri Ukraynaya gedib

QHT rəhbəri Ukraynaya gedib

17 Mart 2010, 13:43

Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev Ukraynada Avropa Şurasının və Soros Fondunun dəstəyi ilə təşkil olunan beynəlxalq seminara yollanıb. “Gənclər siyasətinin inkişafı” mövzusunda keçirilən seminarın əsas məqsədi Şərqi Avropa və Qafqaz regionunda gənclər siyasətinin inkişaf etdirilməsi, birgə layihə və proqramlar həyata keçirməkdir. Gənclər üçün Təhsil Mərkəzindən Modern.az-a verilən məlumata görə, 12 ölkənin təmsil olunduğu beynəlxalq tədbirdə müxtəlif ölkələrin gənclər siyasəti, onun vəzifə və prinsipləri, struktur və icra mexanizmləri barədə ətraflı təqdimatlar ediləcək, səmərəli müzakirələr aparılacaq, birgə proqramlar tərtib ediləcək.

Eyni zamanda iştirakçılar Ukraynanın aparıcı gənclər təşkilatları ilə də görüşlər keçirəcək.

Seminar mart ayının 18-dək davam edəcək. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı