Modern.az

Səməd Vurğunun yaxasına sancılmış təhqir nişanı

Səməd Vurğunun yaxasına sancılmış təhqir nişanı

20 Aprel 2013, 14:11

Səməd Vurğunun yaxasına sancılmış təhqir nişanı


 


(həftənin subyektiv icmalı)

Bu həftə nələr oldu, nələr olmadı...  

Sərdar Cəlaloğluna məsləhət    

Yadda qalan 7 gündə ADP-nın sədri Sərdar Cəlaloğlunun bir sözü Qazax əhlinin boğazından keçmədi. “Mən dediyim sözə görə heç kimdən, o cümlədən qazaxlılardan qorxmuram. Sözü demişəm üstündə də dururam. İstəyirlər öldürsünlər məni, dediyimdən dönməyəcəyəm”, – deyən ADP sədri Qazax camaatından təhdid aldı. ADP sədri dediyindən bir az da irəli gedərək “Yaxşı olar ki, Qazaxdan mənə etiraz bildirənlər vətənpərvərlik nümayiş etdirib Səməd Vurğunun heykəlini götürsünlər”, – dedi. Sərdar müəllim, “El bilir ki, sən mənimsən, yurdum-yuvam məskənimsən” şeirini yazan şairini xalq sevir. Sizə də məsləhət: əvvəlcə düşünün, sonra danışın... 

  Müxalifətə gəlin gəldi  

Müxalifət düşərgəsində fərqli abı-havaya şahid olduq. Adət etdiyimiz siyasi proseslərdən, iddialı bəyanatlardan tam uzaq bir hadisə oldu: Müsavat başqanı İsa bəy çalınan hər havaya oynamasa da, oğlu İlkinin toyunda oynadı. Nə deyə bilərəm ki!? Xoşbəxt olsunlar, İsa bəy!  Bir məqam xüsusilə diqqət çəkdi. İlkin toyunda belə öz işindən qalmadı. Bəylik kürsüsündə əyləşə-əyləşə, kompüter arxasında yazmağa da vaxt ayırdı. Bəlkə, elə belə də olmalıdır? Hər kəsin öz çevrəsinə uyğun davranış qaydaları var. Siyasi proseslərin içində olanların da həmçinin. Yeri gəlmişkən, həftənin sonuna yaxın ABU-nun keçmiş rektoru Elşad Abdullayevin sözçüsü Elnur Məcidlinin səsləndirdiyi bir fikir diqqətdən yayınmadı”. Elşad Abdullayev Müsavat başqanı və AXCP sədrilə intensiv olaraq skayp vasitəsilə əlaqə saxlayır. Xəbərə hamı soyuq yanaşdı, heç həbsxana divarları arasında azadlıq axtaran Gülər Əhmədovanın da üzünü güldürmədi.

Ağa iranlıdan yeni ittiham  

Bu həftə həmçinin İranın ali dini lideri Ayətullah Xamneinin rəsmi nümayəndəsi Azərbaycan rəsmilərinə təhdid göndərdi: Azərbaycanda məscidlər, dindarlar və hicabla  bağlı məsələyə edən Ayətullah Şəbüstəri rəsmi Bakını İslam dininə qarşı siyasət yürütməkdə ittiham etdi. “Bu vəziyyətin davam etməsi Azərbaycan hökumətinin ziyanına olacaq. Mən Bakı rəsmilərinin öz anti-islam siyasətlərinə düzəliş etmələrini gözləyirəm”. Biz də gözləyirik, Hacı ağa. Gözləyirik ki, İran Ermənistanla dost münasibətlərinə son qoyacaq.

  “Dəmir ledi” dəfn edildi

İngiltərə tarixində yeganə qadın baş nazir olan, “Dəmir ledi” ləqəbli Marqaret Tetçer son mənzilə yola salındı. “Yola salınanlar” arasında diri adamlar da var: təhsil naziri Misir Mərdanov, İsmayıl Ömərov. Hə dostlar, bu dünyada hər şey insan kimi fanidir. Hətta vəzifə də...  

Namidə Bingöl

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu