Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar aprelin 19-da və 20-də Şəki şəhərində növbəti qəbul keçirib. Modern.az nazirliyin rəsmi saytına istinadən bildirir ki, iki gün ərzində nazir Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ rayonlarında yaşayan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış Kəlbəcər, Laçın və Xocalıdan olan məcburi köçkünlərin bir qrupunu qəbul edib.