Modern.az

Attestasiyadan keçməyən müəllim və tələbələr təhsildən uzaqlaşdırılacaqlar

Attestasiyadan keçməyən müəllim və tələbələr təhsildən uzaqlaşdırılacaqlar

17 Mart 2010, 15:04

“Təhsil haqqında” Qanunda attestasiya məsələsi çox ciddi qoyulub. Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin

Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Komitə sədri qeyd edib ki, “Təhsil haqqında” Qanunun qüvvəyə minməsi ilə bağlı xüsusi tədbirlər sistemi hazırlanmalıdır və bununla bağlı Prezidentin məlum fərmanı var: “O cümlədən də atesstasiya ilə bağlı bənd hazırlanacaq. Məndə olan məlumata görə artıq bu sənəd hazırdır. Yaxın günlərdə bu qaydalar təsdiq olunacaq”. Şəmsəddin Hacıyev bildirib ki, qaydalar təsdiqlənəndən sonra təhsilin bütün pillələrində, bütün səviyyələrində həm təhsil alanlar, həm təsil verənlərin, məzunların, şagirdlərin, müəllimlərin attestasiyası keçiriləcək: “Ola bilər ki, müsabiqədən keçməyənlərin müəyyən hissəsi kursa göndərilsin, ixtisas artırılsın. Bunu attestasiyanın nəticəsi göstərəcək. Hər halda attestasiyalardan keçməyənlər müəyyən kateqoriyalara bölünəcək. Məsələn, savadlı müəllimdir, ancaq yenilikləri bilmir, bax belələrini kursa göndərmək olar. Amma biliyə görə müsabiqədən keçməyən müəllim və tələbələr çalışdıqları və təhsil aldıqları yeri tərk etməli olcaqlar. Məzunlara da təbii ki diplom verilməyəcək”.

Təhsil Nazirliyindən saytımıza bildirilib ki, 2010-cu ildə orta məktəblərin kadr təminatı sahəsində bir sira tədbirlər planlaşdırılıb. Belə ki, bu il pedaqoji kadr təminatı vəziyyətinin monitorinqinin aparılması, nəticələrin təhlili və təkliflərin hazırlanması nəzərdə tutulur. Bundan başqa, beynəlxalq təcrübə nəzərə alınmaqla ölkə səviyyəsində müəllimlərin işə qəbulu ilə bağlı elektron vasitələr tətbiq edilməklə yeni mexanizm hazırlanacaq. Eyni zamanda, hazırda işləyən müəllimlər və rəhbər pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üzrə də mexanizmin hazırlanıb tətbiq edilməsi nəzərdə tutulur. Qeyd edək ki, Təhsil Nazirliyi hələ bir neçə il öncədən müəllimlərin attestasiya olunacağını bəyan edib, amma hələləik bunu reallaşdıra bilməyib. Təhminə 

Paşayeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir