Modern.az

ABŞ Türkiyə siyasətinin Ağ Evin cızdığı dairədə yönləndirilməsini istəyir...

ABŞ Türkiyə siyasətinin Ağ Evin cızdığı dairədə yönləndirilməsini istəyir...

Müsahibə

17 Mart 2010, 15:09

Millət vəkili, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev Modern.az saytının suallarını cavablandırır.

- Azay müəllim, bəzi ekspetlər dünyanın Türkiyəni müharibəyə sürüklədiyini bəyan ediblər. Sizin fikrinizi bilmək olarmı?

- Burada bir ssenarinin olduğu şübhəsizdir. Ermənilər isə  dünyadakı güclülərin əlində bir alətdir. İstər Avropa, istərsə də Amerika ermənilərdən Türkiyəyə qarşı təzyiq forması kimi istifadə edir. Amma bu nə qədər davam edəcək? Hara qədər gedəcək? Mənə elə gəlir ki, Türkiyə gücü çatacağı qədər dirəniş göstərəcək. Bunun üçün də təbii ki, bu gün Türkiyənin ən etibarlı mütəffiqi Azərbaycandır. Azərbaycanın Türkiyəyə verdiyi dəstəyi başqa bir dövlət vermir, verməyəcək də. Bu gün Türkiyənin həm müsəlman dünyasında, həm də  regionda artan gücü və nüfuzu bu ağır, mürəkkəb vəziyyətdən çıxmağa hesablanmalıdır. Ola bilsin ki, gələcəkdə Ermənistanla sərhədlərinin açılması ilə bağlı Türkiyəyə təzyiqlər edilsin. Məndə daxili bir inam var ki, Türkiyə bu basqılara tab gətirəcək və sərhədi Qarabağ məsələsi həll olunmayana qədər açmayacaq.

- Azay müəllim, qondarma erməni soyqırımı beynəlxalq məhkəmələrə, BMT-yə çıxarıla bilərmi? -

BMT-də belə prosedur qayda yoxdur ki, 1915- ci ildə baş vermiş hadisəyə hüquqi qiymət versin. Ancaq bununla bağlı beynəlxalq məhkəmələrdə nəsə sənəd qəbul olunsa, Türkiyənin beynəlxalq əlaqələrundə problemlər yarana bilər, mallarına, təyyarələrinə, əmlakına müəyyən mənada həbs qoyulsa,  iqtisadi imkanlar xeyli məhdudlaşa bilər. Bu isə nəinki regionun, bütövlükdə dünyanın şəklini dəyişə bilər. Hər halda hadisələrin çox ciddi şəkildə mənfi istiqamətlənməsi ehtimalı var. Amma ortada bir fakt da var ki, bu gün Türkiyə bir çox imkanlara malikdir. Onlardan biri Rusiya ilə alyans yaratmaqdır. Digər tərəfdən,  müsəlman dünyasının, xüsusilə ABŞ-ın siyasətindən narazı qalan və bundan konkret zərər çəkən dövlətlərin bir alyansını yaratmaq. Türkiyənin coğrafi mövqeyi elədir ki, həmişə ona ehtiyac duyulub. Ona görə də Amerikanın rəqibləri asanlıqla Çin, Hindistanla müəyyən strateji əlaqələr qura bilər. Bu da təbii ki, Amerikanın maraqlarına uyğun deyil. Ən nəhayət, Türkiyə NATO ölkəsi olaraq İncirlikdə yerləşən Amerika bazsının fəaliyyətinə münasibət bildirə və onun fəaliyyətini dayandıra bilər. Ona görə də bu məsələlər sadə iş deyil. Bütövlükdə isə bu, şou xarakterlidir, Türkiyədən muəyyən bir şey qoparmaq istəyi var.

- Burada Türkiyəni Qarabağ probleminin həllində sıradan çıxarmaq məsələsi də ola bilərmi? -

Qarabağ probleminin həll olunmasında Türkiyənin çox böyük rolu var. Ermənistanın düşdüyü  vəziyyətin ağrılığının böyük bir hissəsi Türkiyə ilə sərhədlərin bağlı olmasıdır. Sərhədlər açılsa, ermənilər yeni bir nəfəs alacaq. Bu işğalçı tərəfi daha da sərtləşdirəcək. Şübhə etmirəm ki, danışıqlarda Türkiyəyə təzyiqlər olunur ki, Dağlıq Qarabağ məsələsində şərt qoyulmadan Ermənistanla münasibətləri normallaşdırsın. Halbuki, bu, Dağlıq Qarabağın birbaşa taleyini həll edən məqamdır. Bilirsiniz, bizim cəmiyyyət, dövlət bu məqama çox həsaslıqla yanaşır. Çünki, biz 17 ildir Türkiyənin dəstəyini alırıq, əgər sərhədlər açılsa, 17 illik əməyimiz heç olacaq. Aparılan siyasətin mənası olmayacq, o baxımdan da bu gün ən böyük dəstəyimiz Türkiyədir. Türkiyə bizim arxamızdan çəkilsə, çox böyük fəsadları olacaq. -

Amerikadan sonra İsveç parlamentinin uydurma məsələni təsdiqləməsini necə qiymətləndirmək olar? -

Amerikadan sonra İsveç parlamentində uydurma “soyqırım”la bağlı qanunun qəbulu bir növ domino effektikini verə bilər. Yəni bu bütün Avropaya yayıla bilər. Bilirsiniz, bu gün Türkiyənin əsas narahat olduğu məsələ nədir? ABŞ dünyanın hegemon dövlətidir. Amerikanın qəbul etdiyi bu qərar digərləri üçün president ola bilər. Bu da kütləvi şəkildə olsa, ardınca 400 milyard dollara qədər təzminat, 6 vilayətin ermənilərə verilməsi məsələsi gəlir. Bu, Türkiyəni bir dövlət kimi çökdürmək siyasətidir. O da bəllidir ki, ABŞ bu məsəldə hələlik müəyyən bir sınaq imtahanı keçirir. Birinci komitədən keçirir, ondan sonra Türkiyənin reaksiyasını öyrənir. Bu reaksiya sərtdirsə, bundan sonra növbəti addımlar planlaşdırılır . Hesab edirəm ki, Türkiyənin reaksiyası çox sərt oldu. Türkiyə çox böyük dövlətdir və onun çox böyük imkanlari var ki, bu məsələlərdə Amerikanın bu addımına axıra qədər duruş gətirə bilsin. Türkiyə elə addımlar ata bilər ki, Amerika haqq qarşısında qalaraq bu haqsız, ədalətsiz mövqeyindən çəkilər. -

Bu məqamda Türkiyə-Rusiya münasibətlərini necə qiymətləndirmək olar?

- Bölgədə xeyi məsələlər dəyişilməkdədir. Türkiyə ilə Rusiya arasında 20 il bundan qabaqkı gərginlik mövcud deyil. Rusiya Türkiyənin ən böyük xarici tiracət tərəfdaşlarındandır. Türkiyə Rusiya üçün ona görə cəlb edicidir ki, enerji daşıyıcılarının tranzit ölkə kimi Türkiyədən keçməsi məsələsi çox önəmlidir. İndi ola bilər ki, məsələ bir qədər dəyişsin. Çünki Ukraynada hakimiyyət dəyişəndən sonra bu ölkə ilə Rusiyanın münasibətlərində daha sərbəst mövqe sərgilənə bilər. İndiyə qədər Rusiya Türkiyəyə önəm verirdi, çünki Ukraynadan keçməli olan mavi yanacaq elə Ukrayna saxlanılırdı. Bu da Avropa - Rusiya münasbətlərinə mənfi təsir göstərirdi. Konkret olaraq Türkiyəni Rusiyaya yaxınlaşdıracaq 2 amil var. Birinci, Amerika və Avropanın Türkiyəyə   münasibəti, etdiyi basqıların dərəcəsi, ikinci Rusiyanın Amerika və Avropa ilə etdiyi “bazarlıq”. Bu bazarlıqda Türkiyə nə qədər yer alacaq? Türkiyə elə bir dövlətdir ki, hər hansı digər dövlətlər birliyi ilə bazarlığa çıxaraq onu necə deyərlər, maraqlara qurban verə bilməz. Burda ən önəmli faktor odur ki, Türkiyə  hasdisələrin dalınca sürünən bir olkə deyil, Türkiyə artıq özü bir oyunçu qismində çıxış edir. Türkiyənin bəlli bir rolu var, xüsusən Yaxın Şərqdə, Qafqazda. Ona görə də bu funksiya Türkiyənin həmin dövlətlərlə bərabər hüquqlu bir oyunçu qismində çıxış etməsinə imkan yaradacaq. Cənubi Qafqaz bölgəsində isə ona bu şəraiti daha çox Azərbaycan yaradır. Azərbaycanın Cənubi Qafqazda önəmli bir gücə malik olması, enerji ehtiyatlarının daşıyıcısı olması və bunun Türkiyə üzərindən Avropaya çatdırılması, bütün bunlar Türkiyənin mövqeyini daha möhkəmləndirir. Amma Ukraynada vəziyyətin dəyişməsi ola bilsin ki, alternativ enerji ilə bağlı olan həyacanları müəyyən qədər azaltsın. Hər halda ümid edirəm ki, Amerika belə səhvə yol verməyəcək. -

Məsələ ondadır ki, bu qondarma “erməni soyqırımı” ABŞ-ın gündəm mövzusudur... -

Bu, süni bir şəkildə yaradılmış gündəmdir. Bəzən deyirlər ki, erməni lobbisinin böyük bir gücü var, təsiri var. Mən bunu belə dəyərləndirmirəm. Burda erməni lobbisi müəyyən bir vasitə kimi çıxış edir. Maraq Türkiyədən müəyyən güzəştlər əldə etməkdir: Türkiyənin həyata keçirdiyi müstəqil siyasəti məhz Amerikanın cızdığı dairədə, çərçivədə yönləndirməsi istəyidir. -

Azərbaycana da eyni təztiq varmı? -

Əlbətdə var. Son vaxtlar ABŞ Dövlət Departamentinin hazırladığı hesabat, komitədə uyudrma “soyqırım”la bağlı qərarın qəbulu, “Vaşinqton Post” qəzetində çıxan yazılar. Nə oldu, indiyə qədər bu barədə deyilmirdi, indi seçki ərəfəsində, Prezidentimizin sərgilədiyi ciddi və güzəştsiz mövqe çərçivəsində Azərbaycanın milli maraqlarını qorumaq istəyində olan bir vaxtda belə yazılar yazılır, hesabatlar ortaya çıxır. Bu açıq-aşkar Azərbaycana qarşı bir təyziqdir. Buna görə də biz toplum olaraq ayaq üstə durmalıyıq. Əsas məqsəd bizim demokratik inkişafımızı, Avropaya inteqrasiyamızı qorumaq deyil. Lazım gələndə onlar demokratiyanı, inkişafı da öz maraqlarına qurban veririlər. Bu bəzi dövlətlər üçün bir instrumentdir. Ona görə də bu məsələnin böyük bir şəbəkəsi var. Bu bütünlükdə bölgə üçün düşünülmüş ssenaridır. Azərbaycanla bağlı başlanan bu təyziq kampaniyası məhz Türkiyə ilə bağlı həyata keçirilən ssenarinin tərkib hissəsidir. Burada Azərbaycanın dövlət maraqlarını təhdid  etmək, zədələmək, eyni zamanda Türkiyə ilə bağlı hədə-qorxu metodunu işə salmaq nəticə etibarilə bölgədə balansın pozulmasına gətirə bilər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir