Modern.az

Aprelin 21-ə keçirilən sınaq imtahanın nəticələri həftə ərzində açıqlanacaq

Aprelin 21-ə keçirilən sınaq imtahanın nəticələri həftə ərzində açıqlanacaq

Aktual

22 Aprel 2013, 13:05

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a açıqlamasında bildirib ki, ötən bazar keçirilmiş sınaq imtahanın nəticələri aprelin 25-ə qədər açıqlanacaq. O, eyni zamanda aprelin 28-də keçiriləcək təkrar sınaq imtahanına yazılışın davam etdiyini vurğulayıb. Mayın 5-də keçiriləcək növbəti sınaq imtahanına isə yaxın günlərdə yazılış başlanılacaq.

Sabiq təhsil naziri Misir Mərdanovun zamanındaTəhsil naziri ilə TQDK arasında anlaşılmazlıqlar baş verirdi. Yeni nazirlə TQDK sədri Məleykə Abbaszadənin görüşüb-görüşmədiyinə gəlincə, E.Nağızadə “bu barədə hələ danışmaq tezdir və ona görə heç bir şey deyə bilmərəm” söyləyib.  

 

Aytən ƏLİYEVA

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!