Modern.az

Yeni jurnalist müsabiqəsi

Yeni jurnalist müsabiqəsi

17 Mart 2010, 15:56

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT fəaliyyətinin işıqlandırılması üzrə jurnalistlər üçün müsabiqə elan edib.
Şuradan Modern.az-a bildirilib ki, “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri” mövzusunda olan müsabiqənin şərtlərinə görə, müsabiqədə  KİV-də çalışan jurnalistlər iştirak edə bilər. Lakin hər jurnalistin yalnız bir məqaləsi qəbul edilir. Məqalə  7-10 000 kompyuter işarəsi həcmində olmalıdır. Məqalənin mətbuatda çap olunan və ya elektron saytda verilən variantında müəllifin imzası vacibdir.

Məqalələr 2010-cu ilin mart, aprel, may və iyun aylarında gündəlik qəzetlərdə, eləcə də media məkanının aparıcı informasiya saytlarında çap edilməli və aşağıdakı qeydlə müşayiət olunmalıdır: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT fəaliyyətinin işıqlandırılması həsr olunmuş jurnalistika müsabiqəsində iştirak üçün”.
Başqa müsabiqələrdə iştirak etmiş yazılar qəbul olunmur.
Məqalə  müsabiqəyə aşağıdakı qaydada təqdim edilməlidir:
Məqalənin çap edildiyi mətbu orqanın 1 nüsxəsi və ya elektron saytdan çıxarılmış surəti –çap versiyası;
Məqalənin əlyazması (müəllif imzası olmadan) – 3 nüsxə, şrift Times News Roman – 12;
Mətbuatda çap edilmiş varianta adekvat;
Məqalənin elektron variantı;
Şəxsiyyət vəsiqəsinin surəti, jurnalistin KİV-də çalışması haqda müvafiq arayış və VÖEN surəti (əsas mükafatı alarkən jurnalist öz adına olan kassa-mədaxil orderi verməlidir) də məqaləyə əlavə edilməlidir.

Müsabiqə  üzrə 6 əsas mükafatın verilməsi nəzərdə tutulur. I yerin mükafatçılarının (2 mükafat) hər biri 1000 AZN, II yerin mükafatçılarının (2 mükafat) hər biri 800 AZN, III yerin mükafatçılarının (2 mükafat) hər biri 500 AZN qazanmaq şansı var. Bunlardan əlavə jurnalistlərə hər biri 100 AZN məbləğində  10 həvəsləndirici mükafat veriləcək.  

İ ddiaçılar məqalə və sənədlərini elanın mətbuatda verildiyi tarixdən etibarən 1 iyul 2010-cu ilədək Şuranın katibliyinə təqdim edə bilərlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir